Almaniyanın bu şəhərində 6037 evsiz var


Almaniyanın dördüncü, Şimali Reyn Vestfaliya əyalətinin ən böyük şəhəri olan Kölndə 6037 evsiz var. AzEuroNews.com xəbər verir ki, bu barədə statistika ötən il hazırlanıb. Belə ki, müxtəlif yaş quruplarında olan evsizlərin çoxu tüfeyli həyat tərzini seçənlərdir. 
18 yaşından kiçik 1266 nəfər arasında keçirilən sorğu zamanı məlum olub ki, onların çoxu ailələri ilə yaşamaq istəmədiklərindən evdən qaçmaq məcburiyyətində qalıblar. 
50-65 yaş arası evsizlərin sayı 1282-dir ki, onların da çoxu dövlətə məxsus qocalar evində məskunlaşmaqdan imtina edib, küçələrdə gecələyirlər. 
Evsizlər üçün tikilən sosial evlər / Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Evsizlər üçün tikilən sosial evlər / Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Məlumat üçün qeyd edək ki, Almaniya sosial dövlət olduğu üçün bütün evsizləri evlə təmin edir, evi olmayanların kirayə haqlarını ödəyir. Eyni zamanda 18 yaşın altında olan yeniyetmələrlə dövlətin xüsusi idarəsi məşğul olur. 
Təkcə bu il Şimali Reyn Vestfaliya əyalətində dövlət evsizlər üçün hər cür şəraiti olan, müasir yaşayış binası tikərək istifadəyə verib. Amma, həmin binalardakı mənzillərin 50 %-dən çoxu boşdur. 

Facebook'da Paylaş                                                                           Tarix: 30-11-2018, 09:55   Oxunub: 21