İlham Əliyev 4 sərəncam, 10 fərman imzaladı




18:04
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Tofiq Həsənova ədliyyə general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi Tofiq Etibar oğlu Həsənova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
***
18:42
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Tərtər şəhərində 20 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağcabədi şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağcabədi şəhərində 25 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağcabədi Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 25 çoxmənzilli binanın əsaslı təmiri üçün 2,0 (iki) milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,0 (bir) milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə də bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında 2017-ci il avqustun 8-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin”.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair 2017-ci il avqustun 8-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin”.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin Siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 671; 2007, № 12, maddə 1223; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 80, № 7, maddə 622; 2012, № 12, maddə 1273; 2016, № 11, maddə 1826; 2017, № 6, maddə 1072; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 noyabr tarixli 1670 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin Siyahısı”nda “Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri - II dərəcəli dövlət ədliyyə müşaviri” abzasından sonra aşağıdakı məzmunda abzaslar əlavə edilsin:
Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini - III dərəcəli dövlət ədliyyə müşaviri
Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi - ədliyyə general-mayoru.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 2005-ci il 1 iyun tarixli 834 nömrəli, “İxrac Nəzarəti üzrə Komissiyanın və idarələrarası ekspertlər qrupunun yaradılması haqqında” 2006-cı il 19 dekabr tarixli 1839 nömrəli və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun yaradılması haqqında” 2013-cü il 29 may tarixli 2918 nömrəli sərəncamlarında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təşkili ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 493, № 10, maddə 968; 2006, № 7, maddə 588, № 9, maddə 743; 2007, № 5, maddə 459; 2009, № 4, maddə 233; 2010, № 2, maddə 80, № 7, maddə 620; 2012, № 12, maddə 1291; 2013, № 3, maddə 292; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 11, maddə 1414; 2015, № 8, maddə 957; 2016, № 5, maddə 861, № 9, maddə 1518) 1-ci hissəsinə “Müəllif Hüquqları Agentliyinin” sözlərindən sonra “İdarə Heyətinin” sözləri əlavə edilsin.
2. “İxrac Nəzarəti üzrə Komissiyanın və idarələrarası ekspertlər qrupunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 1839 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1098; 2007, № 7, maddə 732; 2009, № 2, maddə 113; 2014, № 2, maddə 112) 1-ci hissəsinə “Müəllif Hüquqları Agentliyinin” sözlərindən sonra “İdarə Heyətinin” sözləri əlavə edilsin.
3. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 may tarixli 2918 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 558; 2014, № 5, maddə 477, № 11, maddə 1414; 2016, № 5, maddə 861) 1-ci hissəsinə “Müəllif Hüquqları Agentliyinin” sözlərindən sonra “İdarə Heyətinin” sözləri əlavə edilsin”.
***
Prezident İlham Əliyevin imzaladığı digər fərmanlar bunlardır:
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Türkmənistanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə;
Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında;
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə;
Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə;
Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə;
Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Türkmənistanın Maliyyə Nazirliyi arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandumun təsdiq edilməsi haqqında;
Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə;

Facebook'ta Paylaş                                                                                Oxunub: 68