ZİYA MƏMMƏDOVUN BACISINA YENİ VƏZİFƏ VERİLDİ! – Novruzovun müavini oldu (Yenilənib)



ZİYA MƏMMƏDOVUN BACISINA YENİ VƏZİFƏ VERİLDİ! – Novruzovun müavini oldu (Yenilənib)

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsini Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecdən təsdiqləyiblər.

Kollecdən axar.az-a bilidirilib ki, təyinat ötən ilin sonlarında aparılıb: “Artıq 2 aydır Məhbubə xanım Məmmədova Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsini icra edir”.

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq “Azpolitika.info” saytı yaymışdı.

****

Ötən ilin sentyabr ayında öz ərizəsi əsasında Təhsil nazirinin əmri ilə 66 saylı “Tərəqqi” liseyinin direktoru vəzifəsindən azad olunan Məhbubə Məmmədova yeni və daha yüksək vəzifəyə təyin olunub. “AzPolitika.info”ya təhsil sektorundakı mənbədən daxil olan məlumata görə, M.Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyinat alıb.

M.Məmmədova “Tərəqqi” liseyinin direktoru olarkən, dəfələrlə rüşvət ittihamları ilə üzləşmiş, bu səbəbdən medianın gündəminə düşmüşdü. Onun tutduğu vəzifədən öz ərizəsi əsasında uzaqlaşdırıldığı bildirilsə də, belə hesab olunurdu ki, M.Məmmədova əslində qardaşı Ziya Məmmədova siyasi hakimiyyətin neqativ münasibətinə görə direktor vəzifəsindən kənarlaşdırılıb. Lakin belə görünür ki, M.Məmmədova həqiqətən də daha yüksək vəzifə əldə etmək üçün əvvəlki işindən imtina edib.

Ən maraqlısı isə odur ki, M.Məmmədovanın müavin təyinatı Pedaqoji Kollecin direktoru Qulu Novruzovun razılığı olmadan baş tutub.



Xatırladaq ki, Q.Novruzov Misir Mərdanovun dövründə Təhsil nazirinin müavini olub.

Belə ki, 2011-ci ilin sentyab ayında Prezident İlham Əliyev gözlənilmədən Təhsil nazirinin hər üç müavinini tutduqları vəzifələrdən azad etmiş, elə həmin gün nazirliyin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Qulu Novruzovu nazir müavini təyin etmişdi. Lakin Mikayıl Cabbarov Təhsil naziri təyin olunandan az sonra o, nazir müavini vəzifəsindən uzaqlaşdırılmış, 1 ay sonra isə aşağı vəzifəyə – Təhsil Problemləri İnstitutuna direktor təyin olunmuşdu.

8 aprel 2016-cı ildə isə Təhsil Problemləri İnstitutunun direktoru vəzifəsindən azad olunan Qulu Novruzov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə direktor təyin olundu.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik etməsi nəticəsində Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.

V.NƏSİBOV
AzPolitika.info

Facebook'ta Paylaş                                                                                Oxunub: 16