Afrindən sonra Türkiyə ordusu bu ərazilərə GİRƏCƏK - Ərdoğan iki hədəfi AÇIQLADI

 


Afrindən sonra Türkiyə ordusu bu ərazilərə GİRƏCƏK - Ərdoğan iki hədəfi AÇIQLADI - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin əməliyyatından sonra atılacaq iki addımı açıqlayıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan Münbiçin terrorçulardan təmizlənəcəyini və İraq sərhədinə qədər heç bir terrorçunun qalmaması üçün mübarizənin davam etdiriləcəyini deyib.
“Bu gün yeddinci gününə daxil olan “Zeytin budağı” əməliyyatı hədəflərimizən çatana qədər davam edəcək. Münbiçi terrorçulardan təmizləyəcəyik. Sonra da İraq sərhədinə qədər bir terrorçunun belə qalmaması üçün mübarizəmizi davam etdirəcəyik. Terrorizmə qarşı olanlarının hamısını bu mübarizədə yanımızda görmək istəyirik”, - deyə Ərdoğan bildirıb.


Facebook'da Paylaş                                                                           Tarix: 26-01-2018, 12:59   Oxunub: 135