ASALA Bakıya hücum və dənizə çıxış planı üçün HƏRƏKƏTƏ KEÇDİ - ASİMDER FOTOFAKTLAR YAYDI



ASALA Bakıya hücum və dənizə çıxış planı üçün HƏRƏKƏTƏ KEÇDİ - ASİMDER FOTOFAKTLAR YAYDI
Gürcüstanın ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsində ASAL-a terror təşkilatı yenidən qurulur.

Publika.az
 xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

ASALA-nın bu bölgədə yenidən “dirilməsi”nin strateji hədəfi var.



ASİMDER rəhbəri deyir ki, Cavaxetiya Türkiyə ilə Azərbaycanın quru yolu üzərində yerləşir: “Bu quru yol istiqamətində hərəkət edərkən, Cavaxetiyadan keçib Borçalıya, oradan da Bakı istiqamətində getmək mümkündür. Bununla yanaşı, Sadaqlı bölgəsindən də Ermənistana keçid üçün gömrük qapısı mövcuddur. Cavaxetiya bölgəsi ilə Batumi arasında 50 kilometr məsafə var və bu qısa məsafə Ermənistanı Türkiyənin Qaradəniz bölgəsinə açılma məsələsində iştahını artırır”.

Belə aydın olur ki, ermənilər Cavaxetiyada ASALA-nı “dirildərək”, gələcəkdə həm azərbaycanlıların yaşadığı Borçalıya, oradan da Bakıya, həm də Türkiyənin Qaradəniz bölgəsinə hücum etməyi planlaşdırır.

Bu kontekstdə ermənilərin son vaxtlar Türkiyənin Qaradəniz bölgəsində aktivləşməsi də diqqət çəkir.

G. Gülbeyin verdiyi məlumata görə, erməni lobbisinin dəstəyi ilə erməni casuslar müxtəlif türk adı altında bölgəyə gəlir və orada əhali arasında təbliğat aparırlar. Əsas təbliğat isə erməni olduqları iddia edilən həmşinlər arasında aparılır. Halbuki, həmşinlərin ermənilərlə heç bir bağlılığının olmadığı haqqında tarixi mənbələr mövcuddur.

Gülbey türk adı altında Qara dəniz bölgəsində fəaliyyət göstərən erməni casuslardan birinin fotosunu da yayıb.



Bu şəxs Sergey Vartanyan adlı ermənidir. Qaradənizin Həmşin bölgəsində saxta türk adından istifadə edərək, həmşinlərin ermənilər olması haqqında təbliğat aparır.

Bütün bu məlumatları uzlaşdıranda ortaya çıxan nəticə belədir: ermənilər həm terror, həm də təbliğat yolu ilə Azərbaycan, Gürcüstan və Türkiyə üzərində xain planlar qururlar. ASALA Cavaxetiyada “dirildilir”, Borçalı bölgəsində azərbaycanlılar hədəfə alınır, daha sonra bu istiqamətdə hərəkət edərək, Bakıya hücum edilməsi planlaşdırılır, buna paralel olaraq, Türkiyənin Qaradəniz bölgəsi hədəfə alınır. Görünən odur ki, ermənilər bütün bölgə üzərində uzaqmənzilli planlar qururlar.

Asif


Facebook'da Paylaş                                                                           Tarix: 8-06-2018, 18:35   Oxunub: 101