Yunis Səfərovun ailəsini yaxından tanıyan diaspor rəhbəri canlı yayımda - istintaqın və xalqın bilmədiyi məlumatlar!





Toğrul Allahverdili hamının maraqlandığı mövzudakı gizlinləri açacaq

"Yeni Müsavat" qəzetinin Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayım verilişinin bugünkü qonağı Azərbaycan Türkiyə Evinin icraçı direktoru, diaspora.az və interpress.az saytlarının baş redaktoru Toğrul Allahverdili olacaq. Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədən Yunis Səfərovun ailəsini yaxından tanıyan, onlarla bağlı bilgiləri ilk dəfə mediada, sosial şəbəkədə yayan T.Allahverdili saat 15.00-də başlanacaq canlı yayım zamanı bunları açıqlayacaq. Qonağımız eyni zamanda Azərbaycan diasporasının durumu, bu istiqamətdə görüləcək işlər, yeni təyinatlarla bağlı da fikirlərini, təkliflərini açıqlayacaq. 

Siz də canlı yayıma öz suallarınızla qatılın. Bunun üçün "Yeni Müsavat"ın Facebook səhifəsinə daxil olub, sözügedən saatda verilişi izləyə, suallarınızı ünvanlaya bilərsiniz.
Musavat.com

Facebook'da Paylaş                                                                           Tarix: 10-07-2018, 12:09   Oxunub: 731