Azərbaycanda işığın sönmə səbəbi bilindi - Təcili




16:25
Bakının bir çox ərazisinə elektrik enerjisinin verilməsi dayanıb.
Axar.az xəbər verir ki, enerji kəsintisinin səbəbi açıqlanmayıb.
***
Azərenerji ASC-nin mətbuat katibi Yəhya Babanlının Axar.az-a verdiyi məlumata görə, Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında taxıl zəmilərində baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranmışdır.
Y.Babanlı təhlükə aradan qalxdıqdan sonra elektrik enerjisinin bərpa ediləcəyini bildirib.

Facebook'da Paylaş                                                                           Tarix: 12-07-2018, 16:08   Oxunub: 329