Etibar Məmmədovu Ayaz Mütəllibov xilas edib? - AMİP-dən eks-prezidentə cavab

A.Mütəllibov verilişdə deyib ki, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovu həbsdən o xilas edib və onu deputat edib.
“E.Məmmədovun mandatını seçkidən əvvəl hazırlatdırıb seyfə qoymuşdum”, - deyə A.Mütəllibov qeyd edib.
Məsələ ilə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) siyasi şurasının üzvü Əli Orucov Cebhe.info-ya açıqlamasında A.Mütəllibovun dediklərini onun qocalığı ilə əlaqələndirib:
“E.Məmmədovu 1 miyondan çox insanın imzası həbsdən xilas edib. A.Mütəllibov kim idi ki, E.Məmmədovu həbsdən azad etsin? A.Mütəllibov o zaman SSRİ-yə işləyən, xalq hərəkatını boğaraq hakimiyyətdə qalmağa çalışırdı. Onun dedikləri cəfəngiyyatdır. A. Mütəllibov artıq yaşlanıb, ona görə də ağlına gələni danışır”.
Vilayət Muxtar
Cebhe.info
Facebook'da Paylaş Tarix: 12-11-2018, 14:46 Oxunub: 355