Milli Məclis bu gün büdcə müzakirələrini yekunlaşdıracaq


Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasda “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi yekun müzakirəyə (üçüncü oxunuş) çıxarılacaq.
İclasda həmçinin “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsi yekun müzakirələrə çıxarılacaq.
Qeyd edək ki, ümumilikdə Milli Məclisin noyabrın 27-də və 30-da keçirilən iclaslarının gündəliyinə 58 məsələ daxil edilib.

Facebook'da Paylaş                                                                           Tarix: 30-11-2018, 09:29   Oxunub: 20