Müəmmalı şəkildə ölən 14 yaşlı qızın həkimi danışdı:"Ölüm səbəbi..."






Sabirabadda 14 yaşlı qız müəmmalı şəkildə ölüb.

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, rayonun Mürsəlli kənd sakini, 2003-cü il təvəllüdlü Leyla Şövqi qızı Gözəlova yaxınları tərəfindən huşsuz vəziyyətdə aşkar edilib.

Dərhal Sabirabad Rayon Xəstəxanasına çatdırılan 14 yaşlı qıza həkimlər tərəfindən lazımi tibbi yardımlar edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Terapevt Rasim Əliyev bildirib ki, Leyla Gözəlova xəstəxanaya komatoz vəziyyətdə daxil olub: "Arterial təzyiqi və nəbzi ölçülmürdü. Görülən tədbirlərə baxmayaraq, xəstə vəziyyətdən çıxmadı. Xəstənin ölüm səbəbi yalnız ekspertizanın rəyindən sonra məlum ola bilər".

Yaxınları çəkilişə icazə verməsə də, əldə olunan bəzi təfərrüatlara görə, gənc qız uzun müddət pəhriz saxlayıb. Başı ağrıdığından səhvən təzyiq salan bir neçə həb qəbul edib. Pəhriz səbəbindən zəifləmiş orqanizm buna tab gətirməyib.

Faktla bağlı araşdırma aparılır.

Facebook'da Paylaş                                                                           Tarix: 26-12-2017, 19:07   Oxunub: 209