Tibbdə YENİLİK: Gözün buynuz qişası 3D-printerdə çap ediləcək - VİDEO




Tibbdə YENİLİK: Gözün buynuz qişası 3D-printerdə çap ediləcək – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.
Gözün buynuz qişasını 3D-printerin köməyi ilə 5 dəqiqə ərzində yenidən yaratmaq mümkün olacaq.
A24.Az ichip.ru saytına istinadən xəbər verir ki, Böyük Britaniyanın Nyukasl Universitetinin alimləri Stiven Svioklo və Çe Konnon buynuz qişanın transplantologiyasını dəyişdirəcək üsul aşkar ediblər.
Tədqiqatçılar tərkibində alginik turşu və kollagen olan “biomürəkkəb” və ya “biogel” hazırlayıblar. Bu maddə buynuz qişanın formasını saxlamaq üçün kifayət qədər sərtdir və eyni zamanda üçölçülü printerin ucluğu ilə sıxılmaq üçün yetərincə yumşaqdır. Pasiyentin buynuz qişasının parametrlərini öyrənmək üçün onun gözünü kompüter vasitəsilə skan etmək lazımdır.
Nəticə heyrətləndirsə də, transplantasiya üçün çap edilmiş toxumaların daha ciddi sınaqlardan keçirilməsi vacibdir. Yalnız bundan sonra onların tibdə istifadəsinə icazə verilə bilər.
Qeyd edək ki, görmə prosesində böyük əhəmiyyət kəsb edən buynuz qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə malik olan toxumadır.
Britaniya alimləri tərəfindən təklif olunan yeni metod və bu istiqamətdə aparılan tədqiqatlar olduqca əhəmiyyətlidir. Belə ki, hazırda 10 milyondan çox insan bu orqanın transplantasiyasını gözləyir. Əməliyyat zamanı görmə qabiliyyətinin itirilməsi riski yüksəkdir. Transplantasiya üçün ciddi material çatışmazlığı problemi mövcuddur. Buynuz qişa konkret pasiyentə uyğun hazırlanır və onun sürətli çap edilməsi prosesi xeyli ucuz başa gəlir. Bu, transplantologiya sahəsində əsl sıçrayışdır.

Facebook'da Paylaş                                                                           Tarix: 8-06-2018, 18:29   Oxunub: 145