Sumqayıtda 36 yaşlı kişi intihar etdi - 5 MİLYON BORCU VARMIŞ - YENİLƏNİB

Sumqayıt şəhərində intihar edən şəxsin kimliyi və hadisənin təfərrüatı məlum olub.
Report-a istinadən xəbər veririk ki, bu, 1982-ci il təvəllüdlü Fuad Qalib oğlu Məmmədovdur.
O, Sumqayıt şəhərində, 10-cu mikrorayon ərazisindəki ofisində özünü kəndirlə asıb. Araşdırmalar nəticəsində Fuad Məmmədovun 5 milyona yaxın borcu olduğu müəyyənləşib. Məhz bu səbəbdən intihar edib.
Faktla bağlı araşdırma aparılır.
***
Sumqayıt şəhərində orta yaşlı kişi intihar edib.
Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, təqribən, 30-35 yaşlarında olan kişi özünü kəndirlə asaraq öldürüb. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Facebook'da Paylaş Tarix: 8-06-2018, 19:31 Oxunub: 535