ABŞ mətbuatı rəsmən bəyan etdi - HƏRBİ TƏYYARƏLƏR GÖNDƏRİLƏCƏK



ABŞ mətbuatı rəsmən bəyan etdi - HƏRBİ TƏYYARƏLƏR GÖNDƏRİLƏCƏK
 

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın hərbi “Defence News” saytının yazdığına görə, ABŞ Konqresindəki müxalifətçilərin etirazına rəğmən, F-35 təyyarələrinin Türkiyəyə təslim edilməsi iyunun 21-də həyata keçiriləcək. F-35 istehsalı ilə məşğul olan Lockheed Martin şirkətinin nümayəndəsi Konqresdəki etirazlara rəğmən təyyarələrin təslimatının tam sürətlə davam elədiyini və ilk F-25-lərin təslimetmə mərasiminin iyunun 21-i tarixinə planlaşdırdığını bildirib.
F-35 təyyarələri Türkiyə ilə Amerikanın müdafiə sahəsindəki əməkdaşlığının mühüm bir hissəsidir. ABŞ Konqresindəki bəzi senatorlar Türkiyəyə F-35 göndərilməsinə qarşı çıxırlar, buna səbəb olaraq Türkiyənin Rusiyadan S-400 müdafiə sistemlərini almaq qərarını göstərirlər.
Hurriyyet.org

Facebook'da Paylaş                                                                           Tarix: 14-06-2018, 11:20   Oxunub: 801