Bakıda özünü binadan atan qadının kimliyi bilindi: 18 yaşlı... (YENİLƏNDİ)



Bakıda özünü binadan atan qadının kimliyi bilindi: 18 yaşlı...
Bu gün Bakı şəhərinin Yasamal rayonunda özünü 17-ci mərtəbədən ataraq intihar edən qızın şəxsiyyəti müəyyənləşib.
Yeni Yasamal 2 yaşayış massivində, “Şərur MTK”ya məxsus kompleksin 17-ci mərtəbəsindən özünü ataraq intihar edən şəxsin paytaxt sakini, 2000-ci il təvəllüdlü Vəliyeva Nərgiz Rövşən qızı olduğu müəyyən edilib.
Hazırda onun hansı səbəbdən həyatına qəsd etməsi araşdırılır.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. (lent.az)
***
Bakının Yasamal rayonunda dəhşətli intihar hadisəsi baş verib.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Hadisə bu gün səhər saatlarında Yeni Yasamal ərazisində, “Şərur” MTK-ya məxsus binada baş verib. Qadın özünü binanın 17-ci mərtəbəsindən atıb.
Bina sakinlərinin sözlərinə görə, dünən gecədən binadakı mənzillərdən birində qadın ağlaması eşidilirmiş: “Dava-dalaş səsi gəlirdi. Sonra bir anda dəhşətli səs gəldi. Və bir nəfər özünü mənzildən yerə atdı. Özünü atan qadın alt geyimində idi. Qonşular üstünə adyal örtdülər” .


Facebook'da Paylaş                                                                           Tarix: 17-07-2018, 14:19   Oxunub: 786