Bakıda alt paltarı ilə yerə çırpılan 18 yaşlı qızın ölümü ilə bağlı təfərrüat


Bakıda alt paltarı ilə yerə çırpılan 18 yaşlı qızın ölümü ilə bağlı təfərrüat
Bu gün Bakı şəhərinin Yasamal rayonunda 18 yaşlı qızın özünü 17-ci mərtəbədən ataraq intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar dəqiqləşib.

Yeni Yasamal 2 yaşayış massivində - Əsəd Əhmədov küçəsində “Şərur MTK”ya məxsus kompleksdən özünü ataraq intihar edən 2000-ci il təvəllüdlü Vəliyeva Nərgiz Rövşən qızının hadisə vaxtı aşağı mərtəbədəki kondisionerə çırpıldığı və paltarının oraya ilişməsi səbəbindən alt paltarı ilə yerə çırpıldığı məlum olub. Onun kondisionerin dirəyinə ilişmiş paltarı maddi sübut kimi götürülüb.

Bildirilir ki, N.Vəliyevanın son günlərdə ailədə bəzi problemləri olub və evi tərk edib

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

mənbə: lent.az

Facebook'da Paylaş                                                                           Tarix: 17-07-2018, 16:35   Oxunub: 240