Bakıda yolu bağlayıb şampan partladan gənclər... - Video




Bakıda toy karvanında iştirak edən sürücülər yolu kəsən sürücülər saxlanılıb.
Real-ın məlumatına görə, görüntülər əsasında araşdırmalara başlayan hüquq-mühafizə orqanları avtomobillərin sürücülərini müəyyənləşdirib.
Ümumilikdə 12 nəfər saxlanılıb. Artıq onlardan 5-i məhkəmə qarşısına çıxarılıb və 20 gün müddətinə inzibati qaydada həbs olunub. Bundan başqa, onların sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Digət 7 nəfər barəsində də məhkəmə qərarının veriləcəyi gözlənilir.
İlkin məlumata görə, hadisəni törədənlərin hamısı avtomobil bazarında biznes fəaliyyəti ilə məşğuldur.
Qeyd edək ki, görüntülər sosial şəbəkələrdə yayılıb və bu hərəkət izləyicilər tərəfindən yaxşı qarşılanmayıb. Bakıdakı tunellərin birində hərəkət edən həmin toy karvanındakı sürücülər yolu kəsərək avtomobildən düşüblər və zər yağışı yağdırmağa başlayıblar.



Facebook'da Paylaş                                                                           Tarix: 18-07-2018, 14:20   Oxunub: 190