Tehranda qadın meydan oxudu: baş örtüyünü açıb... – Video




Tehranın İnqilab meydanında məcburi hicaba etiraz edən qadın həbs edilib.
Axar.az xəbər verir ki, İnqilab meydanının günbəz şəkilli simvolu olan yerə qalxan gənc qadın baş örtüyünü açaraq əlindəki rəngli şarlarla birlikdə yaylığını göydə yelləməyə başlayıb.
Etirazçı qadın meydan ətrafında toplaşaraq onun bu hərəkətini seyr edən vətəndaşlar tərəfindən alqışlansa da, az sonra hadisə yerinə gələn hüquq-mühafizə qüvvələri əməkdaşları tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb.
Tutulan qadının adı və onun hazırda harada saxlanıldığı barədə hər hansı bir məlumat yayılmayıb.
Qeyd edək ki, bundan əvvəl Vida Müvəhhid adlı 31 yaşlı, bir uşaq anası qadın Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba etirazını bildirdiyinə görə onu “İnqilab küçəsinin qızı” adı ilə adlandırırdılar. 

Facebook'da Paylaş                                                                           Tarix: 30-10-2018, 12:15   Oxunub: 70