GƏNCƏDƏ YAŞAYIŞ BİNASINDA PARTLAYIŞ – Ölənlər var (FOTOLAR)


Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən “Füzuli” parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.
Nəticədə 3-cü blokun bir hissəsi çöküb.
Dağıntılar altında qalanlar var.
Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara görə, bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılıb.
Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

FHN məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə şəhərində yaşayış binalarından birində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Bildirilir ki, bu gün səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
Əlavə məlumat veriləcək.

“İki ailə dağıntılar altında qalıb”

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı iki ailə dağıntılar altında qalıb.
Bunu “Report”un Qərb bürosuna açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Zeynalov deyib.
O, bildirib ki, ərazidə xilas etmə işləri davam etdirilir: “Bu gün səhər saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinə yaşayış binasında uçqun olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə əməkdaşlarımız tərəfindən baxış keçirilib. Xilasedicilər tərəfindən xilasetmə əməliyyatlarına başlaınılıb, bütün lazımi texnikalar əraziyə cəlb olunub”.
M.Zeynalov əlavə edib ki, uçqun zamanı 4 mənzildə dağıntılar qeydə alınıb: “İlkin araşdırmalar nəticəsində məlum olub ki, iki evdə yaşayış olmayıb. Digər evlərdə yaşayan ailələrin kimlikləri dəqiqləşdirilir. Hazırda mütəxəssislər tərəfindən binaya baxış keçirilir. Əgər yaşayış binasındakı digər mənzillərdə yaşayan sakinlərin
həyatı üçün təhlükə yaranarsa, onlar da təxliyə edilərək başqa ərazilərə köçürüləcək”.

Ölən və yaralanan şəxsin adı məlum olub olub.

“Report”un Qərb bürosu xəbər verir ki, dağıntılar altından hələlik bir nəfərin meyiti çıxarılıb. Bu, 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadədir. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.
Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasdına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
0ccf8790-bf92-475f-89a0-dd5657f0ae87
5f745407-dd05-48fa-938d-2d7598ae7d76
8c703f6e-66dc-438e-9b4a-5f53dc8a802b
2242f931-2ee2-45cb-afba-0f4f6ea3fb30
6487fdb9-7abd-40da-b3af-f0fd44a2f420
f9322d02-d35a-4cfb-8937-cb3870df63bb


Facebook'da Paylaş                                                                           Tarix: 20-11-2018, 10:43   Oxunub: 43