“Azərbaycan Rəqs Kuboku” müsabiqəsinin qalibləri bəlli oldu

Tarix: 13-12-2023 12:13 | Bölmə: Manşet / Dördlük / Xəbər / Siyasət / Kriminal / Cəmiyyət / Dünya / Şou / İdman / Qarabağ / Mədəniyyət / Ədəbiyyat / Fotosöhbət / Hadisə / Günün hekayəsi / Yazarlar | Baxış: 244

 

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının 10 dekabr 2023-cü il tarixində birgə təşkil etdiyi “Azərbaycan Rəqs Kuboku” müsabiqəsi Teatr Xadimləri Tamaşa zalında baş tutub.

Müsabiqəyə Bakı şəhərinin rəqs məktəblərindən, mədəniyyət evlərindən, respublikamızın regionlarından 50-ə yaxın rəqs kollektivi olmaqla 1189 iştirakçı qatılıb.

“Azərbaycan Rəqs Kuboku” müsabiqəsində iştirakçılar müxtəlif yaş qruplarına bölünərək “Folklor Etnik”, “Folklor Stilizasiya”, “Folklor Show”, “Dünya Xalqları Rəqsi”, “Hip-hop Show”, “Akrobatik rəqs”, “Showdance”, “Bollywood”, “Belly dance”, “Klassik Hind rəqsi”, “Cheer Dance”, “Klassik rəqs” növləri üzrə 3 hissədən ibarət olmaqla solo, duet, kiçik və böyük qruplar, ansambl və böyük ansambl formasında çıxış ediblər.

Qaliblər münsif heyətinin - Ülviyyə Həsənova, Rimma Məmmədova, Fərhad Əliyev, Natəvan Əliyeva və Fərid İbrahimovun peşəkar dəyərləndirməsi nəticəsində müəyyən edilib.

Müsabiqənin qaliblərinin mükafatları Azərbaycan Gənclər İttifaqının sədri Zakir Əliyev tərəfindən təqdim olunub.

Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizov müsabiqəyə yekun vurub:

“Müsabiqənin məqsədi müasir folklor üzərində qurulmuş ən yaxşı rəqs performansının seçilməsi, səhnə mədəniyyətinin formalaşdırılması, gənclərin istedadlarının və potensiallarının üzə çıxmasına şərait yaratmaqdır”.

Eyni zamanda, o əlavə edib ki, 13-14 yanvarda Ümid İncəsənət müsabiqəsi, 27-28 yanvarda isə Gəncədə Kəpəz Rəqs Kuboku baş tutacaq.

Bütün iştirakçılar və rəqs kollektivləri iştiraklarına və layiqincə rəqs sənətini təmsil edib yaşatdıqlarına görə təşəkkürnamə ilə təltif olunublar.

“İnci Mədəniyyət Evi” və “Cahid Rəqs Ansamblı” isə öz performansları ilə xüsusilə fərqlənib.


Xəbəri paylaş