Gecə bu ərazilərdə elektrik enerjisi olmayacaq


Gecə bu ərazilərdə elektrik enerjisi olmayacaq
Xırdalan şəhərinin bir hissəsində və Masazır qəsəbəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
Bu barədə Publika.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Buna səbəb iyunun 8-dən 9-na keçən gecə saat 01:30-dan 02:00-dək Masazır qəsəbəsində yerləşən Əliağa Vahid yarımstansiyasında təftişin həyata keçirilməsidir.
"Azərişıq" yaranmış narahatlığa görə abonentlərdən üzr istəyir.


Facebook'da Paylaş                                                                           Tarix: 8-06-2018, 21:37   Oxunub: 76