Səfirin vəzifəsi və Lavrovun “kozırev“ çələngi – Tofiq Abbasovun yazısı





İndiki Rusiyada diplomatiya sferası və xarici siyasət kursunun aparılmasına dəxli olan nə varsa, hamısı ilə bağlı tez-tez Andrey Kozırevi (keçmiş xarici işlər naziri – red.) yada salırlar – həm də heç də xoş sözlərlə yox. Tənqidçiləri dinləyəndə belə qənaətə gəlirsən ki, sanki xarici siyasət sahəsində bütün çətinliklər, uğursuzluq və başdansovduluqlar məhz bir nəfərdən qaynaqlanır – hansı ki, nəinki çoxdan sükuta çəkilib, üstəlik, Rusiya hüdudlarını tərk edib.
Ancaq Rusiya XİN-in bugünkü aktivi tez-tez Kozırev dırmıklarının (“qravel”) üstünə çıxır, dümdüz yerdə özünə qozalar yığır, harda iz qoymamaq olar, orada pis qoxu verən ləkələr saxlayır. İstər-istəməz, belə qənaətə gəlirsən ki, “cənab hə”nin (Rusiya XİN-in ilk başçısı belə adlandırılırdı) çələngi onun davamçılarına, o cümlədən Lavrova rahatlıq vermir.
Mahir diplomatiyanın ən birinci vəzifəsi başqa ölkələrlə münasibətlər qurulması yolunda kələ-kötürləri aradan qaldırmaqdır. Təsadüfi deyil ki, zərgərlik oyunun ustaları desant kimi özlərini anlaşılmazlıq uçqunları və kəskin ziddiyyətlər olan yerlərə atırlar. Bu, dövlətlərarası münasibətlərdə nadir hal deyil və aydındır ki, niyə nəzakətli diplomatiya daşıyıcılarını daim oyaq saxlayırlar.
Ümumiyyətlə, sağlam diplomatiyaya qarşılıqlı anlaşma qurulmuş ölkələrlə münasibətləri korlamaq xas deyil. Əgər bu münasibətlər hansısa səbəbdən əziyyət çəkirsə, tərəflər o dəqiqə konsensus yolları axtarıb tapır. Çünki əlavə baş ağrıları heç vaxt, heç kimə lazım deyil.
Bu düşüncədən çıxış eləsək, Rusiya XİN-i ilə Bakı arasında eskalasiyanın səbəblərini anlamaq olmur. Belə ki, RF-nin yeni səfirinin təyinatı ətrafında sirli bir süjet qurulub. Axı, başqa ölkələrə səfir namizədliklərinin müəyyən edilməsi protokol-texniki tərəflə yanaşı, özündə davamlı siyasi çalar da daşıyır. O üzdən bəzən hansısa namizəd hansısa ölkənin həyətinə uyğun gəlmir. Belə şey izsiz ötüşmür. 
409714490.jpg (122 KB)
Azərbaycanda təxminın 9 il çalışan səfir Vladimir Doroxin istirahətə getməyi özü istəyib. Aydın məsələdir ki, adam yorulub. Onun xahişini Moskvada eşitdilər və əvəzedici tapdılar. Amma kimi tapsalar yaxşıdır? Diqqət: o adamı ki, buna kimi bir başqa yerdə yox, məhz tanınmamış Abxaziyada (!) Rusiyanı təmsil edib. Aydındır ki, Bakının reaksiyası özünü çox gözlətmədi və ona aqreman verilməsindən imtina olundu.
Ardınca eyni qəbildən ikinci cəhd oldu və yenə bunun başında Smolenskdəki (XİN orada yerləşir-red.) Lavrov durdu – o Lavrov ki, yeri gəlmişkən, özü də istirahətə gedib Amerikada səngərlənmiş ailəsinə qovuşmaq istəyir. Və bu dəfə də Bakıdan “Stop” siqnalı gəldi. Moskvaya başa saldılar ki, belə namizədləri verməklə kimsə güclü şəkildə özünü gözə soxur. Əgər belədirsə, onda daş qayaya rast gəlib.  
Belə çıxır, Rusiyanın xarici siyasət idarəsinin dəhlizlərində kimsə yaxın keçmişin öyrənilməmiş dərslər sindromundan yayınır. Azərbaycana münasibətdə yürüdülən açıq-aşkar düşmən xətt, – hansı xətti ki, bir başqası deyil, məhz ermənipərəst lobbinin iştirakı ilə XİN başçısının özü stimullaşdır, – son zamanlarda rüsvayçı şəkildə faş oldu. Qarabağa dair özünün birtərəfli mövqeyi ilə seçilən Lavrov və onun məşhur Mariya Zaxarova qismində “qulaqları, gözləri və dili” hansı mövqedə olduqları barədə özlərinə hesabat vermədən, tez-tez adi həqiqətləri istədikləri şəkildə interpretasiya edərək ikitərəfli əlaqələrə ziyan vurdular.
Bu adamların anormal de-marşları üzündən Azərbaycanın qismətinə müəyyən məsrəflər düşdü, ancaq aşılmaz maneələr səviyyəsində də yox. Həmçinin Moskvanın payına mənəvi itkilər düşdü. Öz həqiqi simasını göstərən Lavrov komandası Azərbaycan cəmiyyətinin hələ də Rusiya ilə Qərb arasında seçimlə bağlı düşünən kəsiminə kömək etmiş oldu. Başqa yandan, Rusiya diplomatiyası üçüncü ölkələrə nümayiş etdirdi ki, o, prinsipial dilemmaların həllinə qərəzsiz yanaşma qabiliyyətinə malik deyil.
Müşahidə edilən kazusları saf-çürük edərək və Rusiya xarici siyasət idarəsinin müntəzəm şəkildə təkrarlanan aqressiv addımlarında aydın qərəzi görərək, onları təsadüfün adına yazıb silmək olmur. İş ondadır ki, Rusiya XİN-də Bakıya qarşı təşkilatlanmış, Rusiya-Azərbaycan əlaqələrini pozmağa yönəlik qüvvə fəaliyyət göstərir. Bununla da Moskvanın imicinə ciddi zərbə vurulur.
Screenshot_2-1.png (855 KB)
Elə olmasaydı, prezident İlham Əliyev Şoçidə Vladimir Putinlə iyul görüşündə bir çox məsələlərin, o cümlədən Qarabağ probleminin həllini sistemli şəkildə tormozlayan Lavrovun idarəsinin mövqeyini müzakirə eləməzdi. Mahiyyət etibarilə Azərbaycan lideri elə bu üzdən xarici işlər nazirlərinin olmadığı bir görüşdə təkid edib. Ki, Rusiya baş diplomatının destruktiv roluna öz həmkarının gözünü açsın.
Bu arada yada düşür ki, Rusiyanın jurnalist cameəsinin tanınmış xadimlərindən olan Vladimir Solovyov İlham Əliyevlə görüş təəssüratlarını bölüşərkən, Azərbaycan prezidentindən belə bir sitat gətirmişdi: “Putin bizi satmaz”. Faktiki olaraq, prezident kiminlə işi olduğunu əla dərk edərək, - Solovyev da Lavrovla eyni ermənipərəst dəstədəndir, - işarə vurub ki, yalnız Kremlə etibar edir, Smolensk meydanındakı idarənin (XİN binası orada yerləşir-red.) rəhbərliyinə isə ehtiram bəsləmir.
Ola bilsin, Rusiyada kiməsə elə gələcək ki, Azərbaycana yeni səfir təyinatı miflərlə yoğrulacaq və ən ciddi problem kimi şişirdilir. Xeyr. Siyasi xırdalıqlar sandığında eşələnmək Azərbaycan diplomatiyasının məşğuliyyəti deyil. Bu daha çox Lavrovşinanın nəsibidir – hansı ki, Kremlin həqiqi dostlarını düşmən qismində, Qərblə Rusiya arasında var-gəl edən dönükləri isə (Sərkisyan-red.) sadiq tərəfdaş qiyafəsində təqdim eləməklə oriyentirlərin içində azıb.
Məsələ ondadır ki, məcmu diplomatik kapital həmişə və hər yerdə tədricən toplanır, bir saatda yox. Ona görə də onun qədrini bilirlər. Dəblər xətrinə dostları da boş yerə xərcləmirlər. Nədən ki, onlar strateji resurs deməkdir. Rusiya XİN-i isə heç də Rusiya maraqlarını deyil, Ermənistanın, onun Rusiyadakı və xaricdəki “5-ci kolonu”nun hədəf və vəzifələrini əsas götürərək, deyəsən, anti-Azərbaycan oyunlarında ustalaşıb. Buna görə Rusiya həm də bir çox vicdanlı və karyeralı kadrların qanı hesabına toplanmış kapitaldan bilavasitə bədəl ödəməkdədir. Odur ki, inanmaq çətindir ki, Azərbaycanla bağlı hekayətdə həlledici rolu yalnız “qan harayı” adında məlum emosional motiv oynayır.
dipakademiya_baku.jpg (37 KB)
Rusiya diplomatiyası çətin dönəmlər yaşayır. O, müxtəlif istiqamətlərdə şiddətli siyasi savaş aparmaq zorundadır. Qatı geosiyasi çəkişmələrdə iştirak üzündən – harda ki, Moskva öz maraqlarını qoruyur, - Rusiya statist roluna qane olmaq istəmir. Amma harada ki, ondan ötrü hər şey rahatdır, orada fərsiz diplomatlar sözün hərfi mənasında faydalı resursu şübhəli taktiki nailiyyətlər xətrinə yandırırlar.
Sual olunur: şam oyununa ehtiyac varmı, əgər Lavrov və onun əlaltıları peşə məntiqinin ziddinə olaraq və aktiv şəkildə dostlardan düşmənlər düzəldirlərsə?
Tofiq Abbasov, politoloq
Xüsusi olaraq minval.az saytı üçün
 

Facebook'ta Paylaş                                                                                Oxunub: 46