Türkiyə-Amerika müharibəsi başlayır – Moskva SSENARİNİ AÇIQLADI



Türkiyə-Amerika müharibəsi başlayır – Moskva SSENARİNİ AÇIQLADI
Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı “RİA Novosti” agentliyinin təşkil etdiyi dəyirmi masada rus ekspertlər tərəfindən dəyərləndirilib.

Publika.az
 xəbər verir ki, Moskvada yerləşən Yaxın Şərq İnstitutunun əməkaşı Amur Hacıyev Rusiyanın Türkiyənin narahatlığını anladığı üçün əsgərlərini Afrindən çəkdiyini açıqlayıb.

“Türkiyənin narahatlığını anlayan Rusiya əsgərlərini Afrindən çıxardı və Suriya Milli Dialoq Konqresinə yalnız Kürd Milli Konseyinə bağlı olan kürd siyasətçiləri dəvət etdi”, - deyə o bildirib.

A.Hacıyev bölgədə türk-kürd münaqişənin yarana biləcəyi ehtimalını da irəli sürüb: “Bununla bağlı narahatlıq var. Çünki toqquşma PYD-yə yox, Şam rejimini tanıyan Kürd Milli Konseyinə sıçraya bilər”.

İnstitutun digər əməkdaşı Konstantin Truyevtsev isə ABŞ-ın artıq Türkiyəni itirdiyini hesab edir.

“ABŞ Türkiyənin etibarını dəfələrlə itirib. Türkiyə Münbiçə doğru hərəkətə keçəcəksə, ABŞ-la birbaşa üz-üzə qalacaq. ABŞ bu nöqtədə imic itkisi ilə üzləşəcək və buna görə Türkiyənin düşmənlərinə daha çox silah yardımı edəcək. Bu isə vəziyyəti daha da pisləşdirəcək”, - deyə o bildirib.

Asif


Facebook'da Paylaş                                                                           Tarix: 27-01-2018, 16:53   Oxunub: 215