Prezidentdən mühüm Qarabağ anonsu: Tezliklə...




Nəhayət, erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Ramazan ayı münasibətilə təşkil olunmuş iftar mərasimində çıxışı zamanı deyib. Prezident bildirib ki, Ermənistandakı kriminal xunta ancaq öz maraqlarını güdür:
“O rejim ki, yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan acınacaqlı vəziyyətə düşüb. Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edib. İndi bütün bunları erməni xalqı da deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək”.
Prezident Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacağına ümid etdiyini deyib:
“Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa və Qafqaza sülh gələ bilər. Biz bunu istəyir, münaqişənin həllini tələb edirik. Buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapacaq”.

Facebook'da Paylaş                                                                           Tarix: 7-06-2018, 17:12   Oxunub: 722