Erməni-fars ittifaqının əsl səbəbi - Göksel Gülbey SENSASİYALI FAKTI AÇDI


Erməni-fars ittifaqının əsl səbəbi - Göksel Gülbey SENSASİYALI FAKTI AÇDI
İran ona qarşı tətbiq olunan embarqo səbəbiylə ehtiyacı olan məhsulları Gürcüstanın Batum limanına gətirərək oradan Ermənistan üzərindən idxal edir.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey çıxış edib.
Onun sözlərinə görə, Ermənistan İranın bu vəziyyətini fürsətə çevirərək onu təhdid edir, tranzit üçün icazənin yalnız bəzi siyasi və maddi dəstək verilməsi qarşılığında verilə biləcəyini bildirir.
"Ermənistan dövlətinin Türkiyəyə qarşı müxtəlif terror təşkilatlarını dəstəklədiyi təslim olan və ya tutulan terrorçuların verdiyi ifadələrlə dövlət qeydlərinə keçib. Qondarma “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün hər fürsəti dəyərləndirir. ABŞ və Avropa ölkələri tərəfindən tətbiq edilən embarqo ilə əlaqədar İranın bəzi mallara ehtiyacı olduğu məlumdur. İran dəniz yolu ilə gətirdiyi malları Gürcüstan Batumi limanında maşınlara yükləyərək oradan da Ermənistan üzərindən ölkəyə gətirir. Bu yolla da embarqo pozulur. Beləliklə, Ermənistan dövlətinə möhtac olan İrana müxtəlif siyasi və maddi dəstək tələb edən Ermənistanın təhdidi ilə qarşılaşır. Ermənistan bu tələbləri yerinə yetirilməyəcəyi halda torpaqlarından tranzit üçün istifadə edilməsinə icazə verməyəcəyini bildirir”, - Göksel Gülbey qeyd edib.
ASİMDER rəhbəri mövzunu inkişaf etdirərək “İran məcburiyyət və təzyiq üzündənmi Dağlıq Qarabağın işğalına səssiz qaldı?” və “Ermənistan tərəfindən Dağlıq Qarabağın işğalına İranın səssiz qalması və bu günə qədər Türkiyə kimi Ermənistanla sərhədlərini bağlamamasının səbəbi görəsən, Gürcüstanın Batum limanı və Ermənistan torpaqları üzərindən gətirdiyi materiallar ola bilərmi?” kimi suallar qoyub.
“Ermənistan-İran ittifaqının səbəbi də beləliklə ortaya çıxdı. ASİMDER olaraq Ermənistanın qırğınlar törətdiyi və torpağını işğal etdiyi müsəlman qardaşların məruz qaldığı haqsızlıq qarşında dik dayanaraq bu təhdidlərə boyun əyməməyi və Ermənistanla sərhədlərin dərhal bağlanmasını istəyirik”, - Göksel Gülbey yekunlaşdırıb.
Ömər Dağlı


Facebook'da Paylaş                                                                           Tarix: 9-06-2018, 16:56   Oxunub: 453