Türkiyədə 24 iyun sonrası XAOS PLANI – 400 nəfər gəldilər



Türkiyədə 24 iyun sonrası XAOS PLANI – 400 nəfər gəldilər
Aralarında PKK terror təşkilatını açıq şəkildə dəstəkləyənlərin də olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) müşahidəçiləri iyunun 24-də Türkiyədə keçiriləcək seçkilər sonrası üçün xaos planı hazırlayıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda təhlükəsizlik mənbələrindən bildiriblər.
Məlumata görə, seçkilərə izləmək üçün Türkiyəyə ATƏT-in 400-ə qədər müşahidəçisi gəlib. Xaos mühitinin isə seçkilərdə “hiylə və saxtakarlıq” edildiyi iddia ortaya atılmaqla yaradılması planlaşdırılır.
Türkiyəyə gələn ATƏT müşahidəçilərinin bəziləri müxalif qüvvələrə bildiriblər ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə olduğu kimi 50 faizdən bir az yuxarı səs qazanmaqla qalib gələcək. Eyni zamanda, müşahidəçilərin gözləntilərinə görə, AKP və MHP ittifaqın Türkiyə Böyük Millət Məclisində əksəriyyət əldə edəcəklər. Onların seçkilərin nəticələrinə kölgə salmaq üçün müxalifətə taktikalar verdiyi iddia edilir.
Gözləntilərə görə, ATƏT-in yekun hesabatında seçkilərdə “hiylə”nin olduğuna dair ifadələr olacaq.
Ömər Dağlı


Facebook'da Paylaş                                                                           Tarix: 23-06-2018, 09:51   Oxunub: 161