Trampın neft qiymətlərini endirmək üçün ŞOK PLANI ortaya çıxdı – İrana YENİ HÜCUM SSENARİSİ


Trampın neft qiymətlərini endirmək üçün ŞOK PLANI ortaya çıxdı – İrana YENİ HÜCUM SSENARİSİ
İranı bütün cəbhələrdə sıxışdıran ABŞ prezidenti Donald Trampın yeni planı ortaya çıxıb.

Publika.az
 xəbər verir ki, Trampın müttəfiq ölkələrindən 2018-ci ilin 4 noyabr tarixinə qədər İrandan aldıqları neftin sıfıra endirilməsini istədiyi haqda məlumat yayılıb.

“Röyters” agentliyinin məlumatına görə, Ağ Ev bunun üçün müttəfiq ölkələrində lobbi işinə start verib.
Vaşinqton hesab edir ki, OPEC ölkələri bazara daha az neft çıxarmaqla qiyməti süni şəkildə qaldırır. Ağ Ev OPEC ölkələrinin bazara daha çox neft çıxarmasını tələb edir.

Ehtimallara görə, OPEC-də əsas söz sahibi olan və ABŞ-ın çətiri altındakı Səudiyyə Ərəbistanı Ağ Evin istəyini nəzərə alacaq. Səudiyyə Ərəbistanının gələn ay bazara rekord miqdarda neft çıxaracağı iddia olunur.

Türkiyəli mütəxəssis Enver Erkan hesab edir ki, Səudiyyənin neft şirkəti “Səudi Aramco” gələn ay istehsalı 10,8 milyon barelə qədər artıracaq. Bu da avtomatik olaraq neftin qiymətinin düşməsi ilə nəticələnəcək. OPEC də keçən həftə Səudiyyənin istəyi ilə istehsalı artırmaqla bağlı qərar qəbul edib.

Bu proses İranı sıxışdırmağa yönəlsə də, nəticədə iqtisadiyyatı neftdən asılı ölkələrə də zərbə vuracaq.

Lakin mütəxəssislər hesab edirlər ki, ABŞ-ın İrana qarşı “neft almayın” istəyi bir çox ölkə tərəfindən rədd edilə bilər. Misal üçün, Cənubi Koreya və Yaponiya buna biyun əysə də, Çin və Hindistan kimi ölkələr dirəniş göstərəcək.

Enerji qiymətləri və siyasəti institunun (EPPEN) rəhbəri Volkan Özdəmir isə neft həmləsinin ticarət müharibəsinin bir ünsürü olduğunu dilə gətirib.
Asif


Facebook'da Paylaş                                                                           Tarix: 30-06-2018, 13:53   Oxunub: 82