ABŞ-la İranın dəhşətli müharibəsi üçün İLK ADDIM ATILDI - Ordu əmr gözləyir


ABŞ-la İranın dəhşətli müharibəsi üçün İLK ADDIM ATILDI - Ordu əmr gözləyir
ABŞ-ın İrandan neft idxal edən ölkələrə sanksiya tətbiq etmək təhdidinə qarşı bu öləkinin cavabı sərt oldu. Belə ki, İran qarşı tərəfi dünya miqyasında dəniz üzərindəki neft ticarətinin 30%-nin gerçəkləşdiyi Hörmüz boğazını bağlamaqla təhdid etdi. Bu durum ABŞ-ın bölgədə yerləşdirdiyi 5-ci donanması ilə qarşıdurma ehtimalını özü ilə birgə gətirib.
Publika.az xəbər verir ki, İranda mühafizəkarlar qanadının ABŞ və region ölkələrinə qarşı 2011-ci ildən bəri istifadə etdiyi “Hörmüz boğazını bağlayarıq” təhdidi ilk dəfə yumşaq mövqe sərgiləyən İranın prezidenti Həsən Ruhani tərəfindən səsləndirilib. Mütəxəssislərin fikrincə, İranın Hörmüz boğazına dair bir həmləsinin ABŞ-ın Bəhreyndə yerləşdirdiyi 5-ci donanması ilə qarşıdurma yaradacağı ehtimalını artırır.
Dünyada dəniz üzərindən həyata keçirilən neft ticarətinin 30%-nin gerçəkləşdiyi Hörmüz boğazının bağladılması neftin qiymətində ani yüksəliş yarada, boğazın bir neçə gün bağlı qalması belə, neft bazarında təxmin edilməyən dalğalanmaya yol aça bilər.
“The Washington Examiner” dərgisi üçün məqalə yazan Tom Roqan mövzu ilə bağlı şərhində bu ifadələrə yer verib:
“İran daha öncə Hörmüz boğazını bağlayaraq Qərb ölkələrini müzakirə masasına dəvət edə biləcəyini hesab edirdi. Ancaq bu durum dəyişdi. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın Hörmüz boğazını bağlaması durumunda bölgədəki təhlükəsiz keçid nöqtlələri yaratmaq planlarını üzərində işləyir”.
Pentaqonun sözügedən planı 2010-2013-cü illər arasında CENTCOM komandiri olan ABŞ müdafiə naziri Cim Mattis tərəfindən hazırlanıb. ABŞ 4 noyabr tarixindən etibarən İrandan neft almağa qarşı sanksiya tətbiq edəcəyini açıqlayıb.

ABŞ-ın Hörmüz boğazına yaxın mövqedə iki əhəmiyyətli bazası yerləşir. Bunlar Qətərdə yerləşən və ABŞ-ın Yaxın Şərqdəki ən böyük bazası kimi tanınan Əl Üdeyd Hava Bazası və Bəhreyndəki 5-ci Donanmasıdır. Regiondakı ABŞ ordusunun demək olar ki, hər gün boğazın bağladılacağı təqdirində ilk reaksiya verməsi üçün hazırlaşdığı bildirilir.
İran bölgədəki hərbi qüvvələrinin hesabına bir neçə günlük də olsa, Hörmüz boğazında Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətərdən gələn neft və təbii qaz ixracını əngəlləyə bilər. Səudiyyə Ərəbistanı isə digər ölkələrdən fərqli olaraq neftini Qırmızı Dənizdəki limanlarına keçirərək Hörmüz boğazına ehtiyac duymaya bilər.
İranın boğazı bağlamaq təhdidini gerçəkləşdirməsi təqdirində ABŞ-la hərbi platformada qarşı-qarşıya gələcəyini gözardı etməməsi lazımdır. İranın İnqilab Keşikçilərinin lideri Əli Cəfəri “Hörmüz ya hər kəs üçün, ya heç kim üçün” ifadəsi ilə prezidentin çıxışına dəstək verib. Ruhani İranın ixrac etdiyi neftin beynəlxalq arenadan silinmə işləri qarşısında bildirib ki, İranın neftinin qarşısını almaq bölgənin neftinin qarşısını almaq deməkdir.
Hörmüz boğazından ən çox neft ixrac edən ölkələr Çin, Yaponiya, Hindistan, cənubi Koreya və Sinqapurdur.

İranın təhdidi dünyanın bir çox ölkəsi tərəfindən sərt reaksiya ilə qarşılanıb. Çin “İranın Yaxın Şərqdəki sabitliyə fayda vermək və qonşuları ilə yaxşı münasibətlər qurmaq üçün daha çox çalışmalıdır”, - açıqlamasını verib. Çinin ən çox neft ixrac edən ölkələr arasında Səudiyyə Ərəbistanı, İraq və Küveyt var. Bununla yanaşı, Çin Qətərdən yüksək miqdarda təbii qaz alır. ABŞ-ın Enerji Departamentinin 2016-cı ildə hazırladığı hesabat görə, Hörmüz Boğazından ildə 18,5 milyon barel neft keçir. Bu rəqəmin 80%-i Cənub-şərqi Asiya ölkələrinə aparılır.
Hörmüz boğazı 1980-88-ci illərdə gerçəkləşən İran-İraq müharibəsində iki tərəfə də neft ixracını əngəlləmək üçün “Tanker Müharibəsi” adı verilən mübarizənin içinə girmişdi. İran 8 illik müharibənin sonlarına doğru Fars Körfəzinə bomba qoymağa və beynəlxalq ticarəti təhdid etməyə başladı. Buna qarşılıq olaraq ABŞ ordusunun bölgədə təşkil etdiyi əməliyyatda İranın bölgədəki donanmasının yarısı ya batırıldı, ya da ciddi zərər gördü.
Qeyd edək ki, Hörmüz boğazında iki sahil arasındakı məsafə 34 km-dir.
Zümrüd


Facebook'da Paylaş                                                                           Tarix: 9-07-2018, 14:36   Oxunub: 463