Frankofoniyanın işğalçı Ermənistanda “ortaq dəyərlər” axtarışı və ƏSAS HƏDƏFLƏR



Frankofoniyanın işğalçı Ermənistanda “ortaq dəyərlər” axtarışı və ƏSAS HƏDƏFLƏR
Dünyanın 5 fərqli qitəsindən 890 milyon insanın yaşadığı 58 dövlətin təmsil olunduğu Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) 17-ci zirvə görüşünün 11-12 oktyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçirilməsi planlaşdırılır. Təşkilatın Nizamnaməsinə əsasən, dövlətləri bu təşkilat çərçivəsində birləşdirən əsas amil fransız dili və fransız mədəniyyətinə yaxınlıq olsa da, dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi arzusu da BFT-nin missiyasını və fəaliyyətinin əsas prinsiplərini təşkil edir.
Bir daha təkrar edirik: dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi arzusu BFT-nin missiyasını və fəaliyyətinin əsas prinsiplərini təşkil edir. O halda sual oluna bilər ki, niyə məhz Ermənistanın paytaxtı İrəvan?
Ermənistan həmin ölkədir ki, XX əsrin ən böyük faciələrindən birini – Xocalı soyqırımını törədib və bunu ən yüksək səviyyədə dəfələrlə utanmadan və qürur duyaraq etiraf edib, qonşu Azərbaycanın 20 faiz torpağını işğal edib və daha çoxuna iddia edir, bir milyondan çox azərbaycanlı evindən, yurdundan edib, ən yüksək səviyyədə “Qarabağı biz aldıq, Ağrı dağını almaq sizə qaldı” deyərək, qonşu Gürcüstanda separatizmi dəstəkləyərək gələcək planlarını açıq şəkildə ortaya qoyur. Əsası humanizm, sülh, insan hüquq və azadlıqları kimi dəyərlər üzərində qoyulmuş bir təşkilat bir dövlətin ərazisində nəinki özünün zirvə görüşünü keçirməklə, hətta bu dövləti üzvlüyə qəbul etməklə nizamnaməsinə xəyanət etmişdir. Soyqırımı törətmiş, təcavüzkar, terrorçu bir dövlətlə bu təşkilata üzv olan digər dövlətləri bir-biri ilə hansı "ortaq dəyərlər'' yaxınlaşdıra, bağlaya bilər?
Frankfoniyanın əsasında Fransiz dili amili durur. Amma Ermənistanı heç bir halda fransız dilli ölkə adlandırmaq olmaz.
Təşkilatın üzvləriayrı-ayrılıqda və ya beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanımışdır və hətta bir çox hallarda qəti şəkildə pisləyib. Üzvlərin bir qismi Avropa Şurasında və digər bir qismi İslam Əməkdaşlıq Təşkilatında Dağlıq Qarabağın işğal faktını təsdiqləyib.
2010-cu ildə İsveçrənin Montrö şəhərində keçirilmiş zirvə görüşündə BFT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul etmiş və qətnamədə iştirak edən dövlətlər ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiklərini və münaqişənin sülh yolu ilə həll olunmasını vurğulayıb. Bundan başqa, BFT üzvləri Rumıniya və Cibuti, həmçinin təşkilata müşahidəçi dövlətlər Meksika, Bosniya və Herseqovina və Sloveniya Xocalıda baş vermiş qətliamı rəsmi şəkildə soyqırımı kimi tanıyıblar. Bütün bunlardan sonra işğalçı və terrorçu bir dövlətin ərazisində sülh və əmin-amanlıqdan, insan hüquq və azadlıqlarının təşviq edilməsindən, bir sözlə, “ortaq dəyərlər”dən danışılması hansı məntiqə və dəyərlərə sığır?
Eyni zamanda, Ermənistan bir ölkə olaraq, hazırda səfalət içərisində yaşayır. Sıravi erməni vətəndaşlar ailələrini dolandırmaq üçün xarici ölkələrə üz tutur, oralarda nökərçilik edirlər. Ermənistan dövləti isə xarici ianələr hesabına mövcudluğunu davam etdirir. Belə bir vaxtda bu qədər xarici qonağı qəbul etməyə Ermənistanın nə maddi imkanı, nə də logistik şəraiti var. Nümayəndə heyətlərini qarşılamaq üçün xüsusi avtomobillər, həmçinin qonaqların yerləşdirilməsi üçün mehmanxana belə tapılmır.
Bundan başqa, Ermənistanda kimin kimə və nəyə xidmət etdiyi məlum deyil. Öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyən bir dövlət bu qədər qonağın təhlükəsizliyini necə təmin edə biləcək? Təkmillətli və təkdinli bir cəmiyyət bu qədər fərqli etnik struktura, inanca, dünyagörüşünə malik insanlara nə qədər dözümlülük göstərə biləcək? Təhlükə hiss etdikdə öz xalqını belə gülləboran etməyə çəkinməyən Ermənistan güc strukturları nümayəndə heyətlərinin qeydinə qalacaqmı?
Ermənistanda təhlükəsizliyin təminatının hansı səviyyədə olduğunu daha aydın başa düşmək üçün, ötən il “Sasna srer” silahlı qruplaşmasının təxminən bir ay müddətində polis binasına hücum edərək insanları girov saxlamasını yada salmaq kifayətdir.
Görünür, İrəvan bu kimi tədbirlərə ev sahibliyi etməklə bir sıra məqsədlər güdür. Ermənistan hər şeydən əvvəl özünün əsl - qaniçən və işğalçı simasını gizlətməyə, özünü humanist, bəşəri dəyərlərə, sülh və əmin-amanlığa sadiq ölkə kimi təqdim etməyə çalışır. Amma bu cəhd əbəsdir. Azərbaycanın uğurlu işi nəticəsində Ermənistanın əsl simasını gizlətmək səyləri getdikcə uğursuzluğa dümar olur.
Digər bir məqsəd isə o ola bilər ki, İrəvan Azərbaycan kimi Ermənistanın da beynəlxalq tədbirlərə ev sahibliyi etmək gücünə sahib olduğunu nümayiş etdirir. Amma Ermənistan rəhbərliyi unudur ki, son 10 ildə Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün bütün dünyada ən münbit şəraitli ölkə hesab olunur. Bunu biz demirik, həmin tədbirlərdə iştirak edən qonaqlar, tədbirləri işıqlandıran media nümayəndələri deyirlər.
Məsələn, ötən həftə Bakıda IX Rusiya-Azərbaycan regionlararası forumu keçirildi. Tədbirdə Prezidentlər İlham Əliyev və Vladimir Putin iştirak etdilər. Forumu işıqlandırmaq üçün paytaxtımıza gələn jurnalst Aleksandr Sukanov hazrıladığı reportajda səsləndirdiyi fikirlər də Azərbaycan paytaxtının, o cümlədən digər şəhərlərimizin beynəlxalq tədbirləri keçirmək üçün bütün imkanlarının olmasına sübutdur. Onun sözlərinə görə, Bakı yeni Seul və ya Sinqapur olmasa da, sürətlə inkişaf edir və öz təkraredilməz simasını əldə edir.
Azərbaycanın maliyyə vəziyyəti, Ermənistandan fərqli olaraq ölkədə sabitliyin tam təmin olunması, təhlükəsizliyin təmini ilə bağlı heç bir problemin olmaması nəticəni müəyyənləşdirib: son 10 ildə Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün bütün dünyada ən münbit şəraitli ölkə hesab olunur.
Daha bir hədəf isə Ermənistanın BFT-nin tədbirindən Ermənistan hərzamankı kimi təxribatçı əməllərə əl atmağa, tədbirin gündəliyinin siyasiləşdirilməsinə çalışması ola bilər. Nəzərə almaq lazımdır ki, sammitdə iştirak edən üzv dövlətlər arasında Azərbaycana dost münasibətdə olan İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətləri, Avropa və Asiya ölkələri də vardır. Bu mənada Ermənistan yekun sənədə Azərbaycanın maraqlarına zidd olan müddəa təklif edərək həmin ölkələrin Azərbaycanla münasibətlərinə də zərbə vurmağa çalışacaq. Lakin Avropa Şurası və İƏT-ə üzv, eləcə də digər dost ölkələrin sammitdə iştirak etməsi həm tədbirin gedişində, həm də yekun sənəddə Ermənistan hakim dairələrinin Azərbaycana qarşı propaqanda məqsədli addımına mane olacaqdır. Elə Frankofoniya təşkilatının lideri hesab olunan Fransanın özünün Minsk qrupunun həmsədri kimi neytrallığını, imicini və bir tərəfdaş kimi Azərbaycandakı iqtisadi maraqlarını qorumaq naminə Ermənistanın özündə belə bir təxribatçı addımı əngəlləyən əsas ölkə olacağına ümid edirik.
Publika.az


Facebook'da Paylaş                                                                           Tarix: 3-10-2018, 12:33   Oxunub: 29