Mixaylov: Türk-Rus birliyində Bakı faktı - Video




Kremlin Yaxın Şərqdə həyata keçirdiyi siyasətlə maraqlanan Rusiyanın intellektual icması bu kontekstdə tarixi beş yüz ilə söykənən rus-türk münasibətlərinin nə qədər vacib olduğunu anlamaya bilməz. Bu prosesin bütün incəliklərini anlamaq üçün Azərbaycan amilini də nəzərə almaq lazımdır. Çünki Rusiya ilə iki yüz illik ortaq tarixi, Ankara ilə isə ortaq dili və mədəniyyəti olan Azərbaycan bu ölkələri birləşdirən əsas amildir.
Rus ekspert, beynəlxalq münasibətlər üzrə tədqiqatçı Yevgeni Mixaylov da məhz bu cür qənaətə gəlib.
Rus ekspert Axar.az-ın müxbirinin xahişi ilə ölkəmizin Rusiyanın beynəlxalq münasibətlər sistemindəki rolu və canlı əfsanə, Qarabağ müharibəsinin qəhrəmanı, Azərbaycan kəşfiyyatçısı İbad Hüseynov barədə çəkilən “Meşə çaqqalsız olmaz” sənədli filminin materiallarını təqdim etməyi məmnuniyyətlə qəbul edib.
Sülhə gedən yol və “Meşə çaqqalsız olmaz”
Diplomatik əlaqələrin 500 illik dövründə Rusiya-Türkiyə münasibətləri çətin və çox çətin vəziyyətdə olub. Qərb sivilizasiyası əvvəlcə Osmanlı imperiyasının Rusiya imperiyası ilə, daha sonra isə SSRİ-nin Türkiyə ilə həmişə münaqişədə olmasına çalışıb. Heç nəyə baxmayaraq, ölkələrimiz anladılar ki, Qərb və ABŞ-ın müttəfiqlik münasibətlərinin normal inkişafına mane olan təzyiqinin qarşısını yalnız birlikdə ala bilərik.
Qeyd etmək lazımdır ki, birgə tariximizdə əlamətdar hadisələr də olub. 26 iyun 1883-cü ildə rus və türk diplomatiyası böyük uğura imza atıb – Hünkar İskelesi adlandırılan ərazidə 8 il müddətinə rus-türk müqaviləsi bağlanıb.
Rusiya və Türkiyə üzərlərinə təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələr aparmaq və bir-birini üçüncü bir gücdən qorumaqla bağlı öhdəlik götürüblər.
Müqavilənin birinci bəndində qeyd olunub: Bu ittifaqın əsas məqsədi hər iki ölkəni istənilən sui-qəsdə qarşı qorumaq olduğundan, İmperator Nikolay və Sultan qarşılıqlı olaraq təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı yardım və möhkəmlənmə ilə bağlı bütün predmetlər üzrə açıq şəkildə razılaşacaqlarına söz veriblər. Bununla da Rusiya və Türkiyə üçüncü bir ölkənin hücumlarına qarşı bir-birilərini qorumaqla bağlı qarşılıqlı öhdəlik götürdülər. Müqavilə 7 ildən artıq çəkmədi və 1840-ci ildə pozuldu, lakin o, Rusiya ilə Türkiyənin anlaşa biləcəyi bir göstəricisi oldu.
Hazırda biz həm Ankaranın, həm də Moskvanın regionda dünya nizamına təsir göstərə biləcək mümkün nəhəng hərbi-siyasi ittifaq yaratmaq üçün ölkələrimizin və xalqlarımızın maraqlarını maksimal şəkildə yaxınlaşdırmaq yolunun tapılması uğrunda gücləndirilmiş səylərinin şahidi oluruq.
Rusiya və Türkiyə prezidentlərinin mütəmadi görüşləri, Suriya məsələsində olduğu kimi, hərbi və iqtisadi tərəfdaşlıq sahələrində əldə olunan bir sıra razılıqlar yaxın gələcəkdə Rusiya-Türkiyə münasibətlərinin misli görülməmiş qarşılıqlı anlaşma səviyyəsinə yüksələcəyinə ümid verir.
Qeyd etmək lazımdır ki, hazırki məqamda nə Türkiyə, nə də Rusiya ölkələr arasındakı fikir ayrılıqlarının tez bir zamanda həll edilməsinə imkan yaradacaq qərarlar irəli sürəcək kifayət qədər analitik və ekspertlərə malikdir. Bununla belə, əvvəlki yüzillər ərzində Rusiya imperiyası, daha sonra SSRİ ilə birlikdə mövcud olan və vətəndaşları Rusiya mentallığı, imperializmi və xalqımızın ruhunun dərinliyi barədə xəbərdar olan bir ölkə var.
Bu tarixən Rusiya ilə olduğu kimi, Türkiyə ilə də möhkəm bağları olan Azərbaycan Respublikasıdır. Bundan əlavə, Azərbaycan Türkiyə ilə demək olar ki, eyni dilə və mədəniyyətə sahibdir.
Rusiyada bu faktı hökumət səviyyəsində qəbul edirlər. Təsadüfi deyil ki, 27 sentyabr 2018-ci ildə Rusiya Dövlət Dumasında Türkiyə, Rusiya və Azərbaycanın rəsmi və ictimai xadimlərin iştirakı ilə “Rusiya və Türkiyə, strateji əməkdaşlığın istiqamətləri” adlı dəyirmi masa təşkil olunub. Dəyirmi masa Azərbaycanın ictimai xadimi, “Azərbaycan bayrağı” ordenli, əfsanəvi kəşfiyyatçı İbad Hüseynov və Rus-Türk İctimai Forumunun birbaşa dəstəyi ilə təşkil olunmuşdu.
İbad Hüseynov ölkəsinin hüdudlarından kənarlarda da məşhurdur və artıq Rusiya ictimaiyyətinin də onun barədə bilmək vaxtı çatıb.
Hərbi xidmətini hələ sovet dönəmində xüsusi təyinatlılar cərgəsində başlayan əfsanəvi kəşfiyyatçı ölkəsinin çətin məqamında öz xalqını beynəlxalq terrorun zərbəsindən qorumaq üçün vətəninə qayıdıb.
Məhz Dağlıq Qarabağ uğrunda döyüşlərdə onun şəxsi mübarizə zamanı ASALA terror qruplaşmasının lideri Monte Melkonyanı (Avo) öldürməsinə səbəb olan cəsarət və vətənpərvərlik kimi xüsusiyyətləri ön plana çıxdı.
Əvvəllər bütün dünyada türk diplomatların qətli ilə məşğul olan Melkonyan zamanı gələndə Qərb xüsusi xidmət orqanlarının sifarişi ilə SSRİ-nin süqutunu tezləşdirmək üçün ölkəsinə qayıtdı. İbadın verdiyi bu fürsət Melkonyanın rəhbərlik etdiyi erməni birləşmələrinin Azərbaycanın daxilinə doğru irəliləməsinin qarşısının alınmasına və o dövrdə gənc respublikanın daxili düşmənləri ilə mübarizə aparan Heydər Əliyevin hakimiyyətini möhkəmləndirməyə imkan yaratdı.
Lakin İbad Hüseynovun türk dünyasının milli qəhrəmanına çevrilməsinin, Azərbaycan və Türkiyənin bir çox ali dövlət mükafatlarına sahib olmasının tək səbəbi bu fürsət deyil.
1993-cü ilin dekabrında İbad Hüseynov Dağlıq Qarabağ ərazisinin böyük bir hissəsinin müdafiəsinə imkan verən daha bir addım atıb. Martuni istiqamətində erməni mövqelərinin dərinliklərindən kəşfiyyat tapşırığından geri dönən İbad Hüseynov burada Azərbaycan mövqelərinin qurula biləcəyi strateji əhəmiyyətli nöqtələrin olmasını müşahidə edib. Bu isə ermənilərin nəzarətində olan ərazilərdə 12-15 kilometr dərinliyə daxil olmaq anlamına gəlib. Məsuliyyəti üzərinə götürən Hüseynov bu məntəqədə döyüş yoldaşları ilə birlikdə sipər və xəndəklər yaradır. 26 dekabr 1993-cü ildə İbad döyüş yoldaşları ilə birlikdə yerli batalyonlardan əlavə qüvvə gətirmək üçün Beyləqan istiqamətində hərəkət edir. Yolda onların maşını tank əleyhinə minaya düşür. İbadın özü və döyüş yoldaşlarından biri ağır yaralanır, daha bir yoldaşları isə həlak olur. Nəticədə İbad Hüseynov komaya düşür, bundan sonra uzun müddət müalicə alır və öz gücünü bərpa edir. Sağaldıqdan sonra kəşfiyyatçı döyüş cərgələrinə geri dönür.
Məhz İbad Hüseynovun qəhrəmanlığı, bacarığı və şəxsi təşəbbüsü sahəsində Xocavənddəki “kiçik torpaq”dakı strateji əhəmiyyətli Azərbaycan məntəqələri Azərbaycan ordusunun nəzarəti altındadır. Bu isə öz növbəsində bütün Dağlıq Qarabağın erməni separatçılarının işğalında olmaması anlamına gəlir.
Bununla belə İbad erməni xalqına qarşı heç vaxt nifrət hissi ilə yaşamayıb. O, həmişə “məşə çaqqalsız olmur” şüarı ilə hərəkət edib. Bu sözlər xalqlar arasında münaqişə yaratmaq, təxribat və dinc əhalinin qətliamı ilə məşğul olan hər kəsə aid edilib.
Ona azərbaycanlılarla yanaşı, uzun illər Dağlıq Qarabağ ərazisində sülh içində yaşadıqları ermənilər də hörmət edirdi.
İbad Hüseynov əmin idi ki, xarici siyasi düşmənlərin tətbiq etdiyi ölkələr və xalqlara qarşı nifrəti xalq diplomatiyası yolu ilə məhv etmək olar.
Şəxsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostu olan İbad Hüseynov rus qırıcısının vurulmasından dərhal sonra Moskvaya gələrək rus elitasını bunun Türkiyə və Rusiyanı qarşı-qarşıya gətirmək üçün təşkil olunmuş bir təxribat olması fikrinə inandırmağa cəhd etdi.
Nəticədə isə bütün bunlar daha sonra öz təsdiqini tapdı.
İbad Hüseynov barədə çoxlu kitablar yazılıb, filmlər çəkilib. Ancaq bu filmlərdə və kitablarda onun rus-türk münasibətlərinin inkişafına verdiyi böyük töhfə və bunda çətin vəziyyətlərdə belə heç vaxt Rusiyanı satmayan, onunla birlikdə faşizmlə mübarizə aparan öz ölkəsinin tarixi rolunu möhkəmləndirmək qabiliyyətinə sahib olan layiqli Azərbaycan vətəndaşı kimi potensialı tam şəkildə açılmayıb.



Facebook'da Paylaş                                                                           Tarix: 9-10-2018, 14:22   Oxunub: 203