“Bu sanksiyalardan sonra İranın başına nə gəldiyini görəcəyik...” ÖLDÜRÜCÜ QADAĞALAR İŞƏ DÜŞDÜ





Xəbər verildiyi kimi bu gün Bakı vaxtı ilə saat 09.00-dan etibarən ABŞ-ın İrana qarşı 2015-ci ildə ləğv edilmiş sanksiyaları yenidən qüvvəyə minib. Sanksiyalar ölkə iqtisadiyyatının əsasını təşkil edən neft ixracını, gəmi ticarətini və bank sistemini hədəfə alıb.
Sanksiyaların qüvvəyə minməsi ərəfəsində minlərlə iranlı bazar günü "Amerikaya ölüm!" şüarı altında nümayiş keçirib. Iran prezidenti Həsən Ruhani  nefti satmaqda davam edəcəklərini deyib və sanksiyaları pozmağa söz verib. Habelə  İran ordusu ölkənin imkanlarını göstərmək üçün hərbi-təlimlər keçirəcək.
ABŞ prezidenti Donald Tramp isə bildirib ki, İrana sanksiyalar "çox güclüdür".  "Bu sanksiyalar nə vaxtsa tətbiq etdiyimizdən daha güclüdür. Biz İrana nə olduğunu görəcəyik, ancaq yaxşı bir şey olmayacaq, bunu sizə deyə bilərəm", -Tramp söyləyib.

Xatırladaq ki, Donald Tramp bu ilin mayında İranla nüvə sazişindən çıxandan sonra sanksiyaların birinci mərhələsini bərpa etmidi.  Rəsmi Vashington bəyan edib ki, ABŞ Tehranın kiber hücumlar, ballistik raketlərin sınağı, Yaxın Şərqdə radikal qruplara verdiyi dəstək də daxil "düşməncəsinə" fəaliyyətinə son versin. ABŞ İrana tədricən sanksiyalar tətbiq edirdi, amma ekspertlər deyirlər ki, indiki addımlar daha ciddidir.
ABŞ dövlət katibi Mayk Pompeo bazar günü Fox News-a deyib ki, onlar İran xalqını müdafiə edirlər, hədəfləri İranın "düşməncəsinə davranışını" dəyişməyə nail olmaqdır.
Bu gündən etibarən 700-dən çox İran fiziki şəxsi, banklar, neft ixracatçıları, gəmi şirkətləri sanksiya siyahısına düşüb. Mayk Pompeo deyib ki, 100-dən çox böyük xarici şirkət sanksiyalara görə İrandan sərmayələrini geri çəkiblər.O bildirib ki, neft ixracı gündə bir milyon barelə düşüb və ölkənin əsas maliyyə mənbəyi məhdudlaşıb.Bundan başqa, gözlənir ki, Brüsseldə yerləşən bütün dünya bankları arasında maliyyə kanalı olan SWIFT də İran bankları ilə əməkdaşlığını kəsəcək.

İranla nüvə sazişinə sadiq qalan beş ölkədən Böyük Britaniya, Almaniya və Fransa sanksiyalara etiraz edib. Onların vədinə görə, alternativ ödəmə sistemi yaradılacaq. Bu isə şirkətlərə ABŞ cərimələrinə tuş gəlmədən İranla "qanuni ticarət" aparmağa yardım edəcək.
Hərçənd bu yaxınlarda ABŞ rəsmisi Steven Mnuçin deyib ki, onlar sanksiyaları pozanlara qarşı sərt addım atacaqlar.
Ancaq Tramp administrasiyası ad çəkməsə də, bəzi ölkələrin sanksiyalara əməl etməli olmadığını bildirib. Güman edilir ki, bu ölkələr Türkiyə, Yaponiya, Hindistan, İtaliya, Cənubi Koreya və Çindir.
Virtualaz.org

Facebook'da Paylaş                                                                           Tarix: 5-11-2018, 16:18   Oxunub: 61