Demokratlar revanşda: Trampı və Rusiyanı çətin günlər gözləyir-Təhlil


Demokratlar revanşda: Trampı və Rusiyanı çətin günlər gözləyir-Təhlil
Analitiklər ABŞ  Konqresinə  keçirilmiş seçkilərin ölkənin xarici siyasət kursuna  mümkün təsirlərini təhlil edir.
Səsvermənin nəticələri elan edildikdən sonra Demokratlar Partiyası ilə Respublikaçılar arasında fikir ayrılığı meydana çıxıb. 
Xatırladaq ki, Demokratlar Partiyası Nümayəndələr Palatasına  keçirilən seçkilərdə 238 mandat qazanaraq, qalib gəlib. Respublikaçlar isə 51 yer qazanmaqla Senatda üstünlüyə malik olub. 
Demokratlar yeni hakimiyyətindən prezident Donald Trampın xarici siyasətinə respublikaçıların yumşaq yanaşmasından döndərmək üçün istifadə etmək istəyir.
Demokratlar Vaşinqtonu Rusiya, Səudiyyə Ərəbistanı və Şimali Koreyaya qarşı daha sərt davranmaq üçün təsir göstərəcək. 

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə rəhbərlik edəcək Eliot Encel bildirib ki, Demokratlar Partiyası İraqda və Suriyada hərbi güc tətbiqi prosesinin başlanmasına icazə verə bilər.  Lakin o, İran və Çin ilə münasibətlər kimi həssas məsələlərin dəyişməz olduğunu qəbul etdiyini bildirib.
“Mən administrasiyanın təşviq etiyi hər bir şeyə müqavimət göstəməli olduğumuzu düşünmürəm.  Lakin biz siyasətə yenidən baxmağa  və ona nəzarət etməyə borcluyuq”-Encel belə deyib. 
Demokratlar Partiyası seçkilərdəki qələbədən sonra Rusiya ilə bağlı araşdırmalar məsələsini  yenidən başlatmaq istəyir. Onları Donald Trampın Moskva ilə işgüzar əlaqələri və maraqlandırır. Siyasi baxımdan, Demokratlar Partiyasının rəhbərlik etdiyi  Nümayəndələr Palatası Rusiyanı 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxiləyə görə cəzalandırmaq istəyir. Eyni zamanda, demokratlar  Ukraynaya və Suriyadakı vətəndaş müharibəsinə müdaxiləsinə görə, Rusiyaya qarşı sərt tədbirlərin tərəfdarıdır. 
Konqresin aşağı palatası Rusiyanın suveren xarici borclarına zərbə endirəcək daha sərt sanksiyalar tətbiqini təklif edir. Bundan əlavə, demokratlar prezident Trampa təzyiq  göstərərək  ABŞ Parlamentinin 2017-ci ilin avqust ayında qəbul etdiyi bütün sanksiyaların tətbiqinə məcbur etməyə çalışacaq.
Həmçinin, konqresmenlər öz səlahiyyətlərindən istifadə edərək Trampın iyul ayında Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə bağlı qapılar arxasında apardığı müzakirələrin məzmununa dair daha çox məlumat əldə etmək üçün sorğu təşkil etmək istəyir. Ağ Ev demək olar ki, bu barədə heç bir məlumat verməyib. “Bu gülməlidir.  Ən yüksək səviyyədə liderlərin görüşü keçirilir, amma Konqresə  xəbər verilmir”-deyən Encel əlavə edib ki, Amerika seçkilərə Rusiyanın müdaxiləsi problemini də tamamilə həll etməlidir. 
Müşfiq  Abdulla
Cebhe.info

Facebook'da Paylaş                                                                           Tarix: 9-11-2018, 11:47   Oxunub: 53