NATO-da sıx birləşmək çağırışı səsləndi - «Rusiya təcavüzü»nə qarşı…



Versiya.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Şimali Atlantika alyansı (NATO) Baş katibinin mavini xanım Rouz Getemüller bəyan edib ki, alyans üzvü ölkələr «artmaqda olan Rusiya təcavüzü»nə qarşı durmaq üçün sıx birləşməlidirlər.

«CTV» telekanalının xəbər verdiyi kimi, Getemüller qeyd edib ki, Rusiya ordusu «miqyaslı genişlənmə və modernləşdirmə» həyata keçirir ki, bu da alyansda narahatlıq yaradır. Müavin onu da qeyd edib ki, Rusiyanın nüvə silahı, xüsusilə də orta mənzilli raketləri də ciddi narahıtlığa səbəb olur və bu, orta və yaxın mənzilli raketlərin ləğvi barədə Müqavilənin şərtlərini pozur.
«İndi dialoq vaxtıdır, amma Rusiyanın fəaliyyəti barədə bizim çox ciddi narahatlığımızı da aradan qaldırmaq lazımdır» - deyə, Getemüller bildirib.
Baş katib müavini onu da diqqətə çatdırıb ki, NATO üzvü ölkələr belə məqamda «vahid dildə» danışmalı və Rusiayanın təcavüzünə qarşı durmaq üçün «vahid mövqe»dən çıxış etməlidirlər.

Facebook'da Paylaş                                                                           Tarix: 20-11-2018, 10:57   Oxunub: 58