Paşinyan Köçəryanı ifşa etdi – “Deyirlər ki, Köçəryanın oğulları…”


Ermənistanda seçkiöncəsi gərginliklər artmaqdadır. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, baş nazir əvəzi Nikol Paşinyan Çambarakdakı mitinqdə çıxışı zamanı keçmiş prezident Robert Köçəryanın oğlanlarının hərbi xidmət keçməsi ilə bağlı iddialara sərt reaksiya verib.

Paşinyan deyib ki, ucuz spekulyasiyaları müşahidə edir: “Deyirlər ki, Köçəryanın oğulları hərbi xidmətdə olublar. Mən Robert Köçəryanın oğullarının xidmət yerindən rəsmi arayış istədim. Rəsmi bəyan edirəm ki, Köçəryanın bir oğlu İrəvanda xidmət keçib. Ancaq bir gecə də əsgər yataqxanasında qalmayıb. O Müdafiə Nazirliyinin administrativ hissəsində xidmət edib. Digər oğlu sürücü kimi qeyd olunub, dövlət avtomobilini idarə edib, dövlətin hesabına hara istəyibsə, gedib”.
Paşinyan deyib ki, o, bu haqda deyirsə, deməli, nə isə bilir: “Kiminsə şübhəsi varsa, mən fakt göstərə bilərəm”- deyə, o qeyd edib..

Facebook'da Paylaş                                                                           Tarix: 30-11-2018, 09:39   Oxunub: 22