İnsan ölümsüz olacaq: Elə genlər köçürüləcək ki...-Türkiyəli professordan şok açıqlama


     Ankara Universitetinin mütəxəssisləri  kosmosda da yaşaya bilən, “ölümsüz canlı” adandırılan “su ayısı tardiqradaları”nı izləyir. 10 növü Türkiyə kökənli, 6 növü isə endemik olan “su ayısı tardiqradaları”n uzun illər yaşama bacarığı araşdırılır. Araşdırmalara görə, 1,5 millimetr uzunluğunda olan tardiqradalar o qədər sağlamdır ki, bütün canlı növləri məhv olsa da, 10 milyard il nəslini davam etdirmək gücündədir.
Cebhe.info-nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, ilkin işləri tamamlanan araşdırmanı Ankara Universiteti Elmi Tədqiqat Layihələri Koordinasiya Mərkəzinin dəstəyi ilə
biologiya kafedrasının müəllimi, professor doktor Əhməd Altındağ və qrupu aparır.
Altındağ su ayısını molekulyar araşdırma və DNT analizi üzərində fəaliyyətlərini davam etdirəcəklərini deyib:
“Bu, uzun müddət davam edən və diqqət tələb olunan işdir. Düzcə və Zonquldaqda da araşdırmalar aparılır. Tardiqradaların necə bu qədər dözümlü olduqlarını araşdırırıq. Araşdırmalar nəticəsində bu genləri insana köçürmək və insan ömrü uzatmaq olar. Hədəf insan ömrünü uzatmaqdır. NASA su ayılarını kosmosa göndərib. Kosmosdakı şərtlərə baxmayaraq, yaşayıblar. Bundan başqa dişi su ayılarının bəzilərinin kosmosda yumurtladığı və yeni doğulmuş su ayısının sağlam olduğu müəyyənləşdirilib. Su ayısının doğuşdan sonra sahib olduğu hüceyrə sayı həyatı boyu sabit qalır”.
Vilayət Muxtar
Cebhe.info

Facebook'ta Paylaş                                                                                Oxunub: 42