Nazirlikdən XƏBƏRDARLIQ: Şəxsi məlumatlarınız ələ keçə bilər


Nazirlikdən XƏBƏRDARLIQ: Şəxsi məlumatlarınız ələ keçə bilər

"GetContact” adlanan mobil tətbiqetmə telefona yükləndikdən sonra "Telefon nömrəsi” və "Facebook” hesabı ilə proqramda qeydiyyatdan keçmək tələb olunur. 

Qeydiyyatdan sonra "GetContact” istifadəçinin kontaktlarına və mesajlarına daxil olmaq üçün icazə istəyir. Giriş icazəsinin verilməsi istifadəçinin kontaktında olan nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə ötürülməsi deməkdir”.

BiG.AZ xəbər verir ki, bu barədə modern.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu da gələcəkdə mobil nömrəyə spam mesajların, arzuolunmaz zərərli kontentin daxil olmasına, şəxsi məlumatlarınızın bədəməllərin əlinə keçməsinə gətirib çıxara bilər.

"İstifadəçi tətbiqetmədə qeydiyyatdan keçməsə belə,onu telefonuna yükləyən şəxslərin kontaktında olan bütün nömrələr bazaya ötürülür. Bu həm də digər abunəçinin də hüquqlarının pozulmasına yol açır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqetmənin quraşdırıldığı telefonlarda proqramın Tənzimləmələr (Settings) bölməsindən istifadəçiyə aid müvafiq hesabısilmək (remove account) mümkündür.

Daha sonra mobil nömrənin "GetContact” bazasından silinməsi üçün istifadəçi https://www.getcontact.com/en/unlist vebsaytında nömrəni"Unlist” bölməsində yazaraq siyahıdan çıxara bilər”-deyə bildirilib.

Facebook'da Paylaş                                                                           Tarix: 5-02-2018, 16:45   Oxunub: 211