Ərdoğan-Əliyev görüşü: - Türkiyə “qırmızı xətt”i və əsas şərti elan etdi
Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı - 2 300 yeni yoluxma
Uşaqlara niyə “Pfizer” vurulmalıdır?- Səbəb
“İrana gedirsizsə, “COVID pasportu“ olmalıdır“- Səfirlik
Vətən müharibəsinin 27 yaşlı şəhidinin döyüş yolu - FOTOLAR
13.02.2021 14:04
Bölmə:Fotosessiya 544 dəfə oxunub

Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoyan 44 günlük Vətən müharibəsində şəhid olan əsgərlərdən biri də 1994-cü il təvəllüdlü Bağırov Elçin Yunus oğludur.

Könüllü olaraq İkinci Qarabağ müharibəsində iştirak edən Elçin Bağırov sentyabrın 21-dən təlimlərə qatılıb və müharibənin ilk günlərindən ön cəbhədə döyüşüb.

Şəhid anası Validə Bağırova Oxu.Az-ın əməkdaşı ilə söhbəti zamanı bildirib ki, oğlu müharibə başlamazdan bir il əvvəl həqiqi hərbi xidmətini başa vurmuşdu:

“Müharibə ərəfəsində heç mənə demirdi ki, könüllü olaraq cəbhəyə gedəcək. Elçin Azərbaycan Texniki Universitetinin məzunu olub. Ali təhsilini bitirib, Naxçıvanda N saylı hərbi hissənin artilleriya diviziyasında həqiqi hərbi xidmətini yerinə yetirib. İkinci Qarabağ müharibəsi ərəfəsində evdən qeydiyyata düşmək üçün çıxmışdı. Sonra xəbər verdi ki, hərbi təlimlərə gedir”.

Şəhid anası deyir ki, getdiyi gündən hər dəfə evə zəng edirdi:

“Çox danışa bilmirdi. Tez-tez zəng edirdi, bir kəlmə deyirdi ki, yaxşılıqdı. Nəsə soruşmağımızı istəmirdi. Sonuncu dəfə oktyabr ayının 21-də səhər saatlarında zəng elədi. Elə mənimlə danışanda dedi ki, Cəbrayılı keçiblər, ola bilər ki, bir neçə gün zəng edə bilməsin. Narahat olmamağımı tapşırıb, sağollaşdı”.

“Yeddi gün Elçindən xəbər ala bilmədik”.

Qubadlı uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirən zaman Elçin Bağırov və bir neçə silah yoldaşı düşmən tərəfindən atılan minaatan mərmisinın yaxınlıqda partlaması nəticəsində şəhid olublar.

Validə xanım oktyabrın 29-da oğlunun şəhid xəbərini aldıqlarını deyib:

“Elçin Füzulinin, Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Bir müddət oğlumdan xəbər ala bilmədik. Oktyabrın 29-da yoldaşıma zəng gəldi və dedilər ki, oğlunuz şəhid olub. Bizə Qubadlı rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid düşdüyü bildirildi.

Allah bütün şəhidlərə rəhmət eləsin!”

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Bağırov Elçin Yunus oğlu ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

reklam