Yetkinlik yaşına çatmayana siqaret satan şəxs cərimələndi
Gənclər və idman naziri kim olacaq? - Adlar, ehtimallar...
İlham Əliyev Gürcüstan baş nazirini qəbul etdi
Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA
Ukraynada savaş başlasa, Tiflis də hücum edəcək
08.04.2021 15:50
Bölmə:Dünya 156 dəfə oxunub

2021-ci il başlanandan Luqansk və Donetsk separatçıları Ukraynaya qarşı təxribatların sayını artırıblar. Rəsmi Kiyev haqlı olaraq bu məsələni həll etmək istəyir.

Versiya.az xəbər verir ki, bu sözləri Axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlunun sözlərinə görə, Ukrayna ilə bağlı siyasi blokun formalaşmasına ehtiyac var:

“ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, ABŞ, Britaniya, Kanada, Litva və Polşa nümayəndələri Ukrayna ilə bağlı görüş keçiriblər. Göründüyü kimi, qeyd etdiyim siyasi blok ABŞ rəhbərliyində formalaşır. Ehtimal ki, ABŞ və digər ölkələr Ukraynaya dəstək verəcək. Ümumillikdə isə Ukraynanın şərqində baş verən müharibənin miqyası yaxın günlərdə müəyyən etmək olar. Çünki Ukrayna ordusu hələ ki, Donetskətrafı əraziləri 120 mm-lik minaatanlardan atəşə tutur. Əgər Ukrayna ordusu Donetskə girsə, bu zaman Rusiya ordusu da sərhədi keçəcək və müharibənin miqyası böyüyəcək”.

Politoloq qeyd edib ki, Ukrayna-Rusiya müharibəsi Kremlin yaratdığı digər münaqişə ocaqlarını da aktivləşdirə bilər:

“Xüsusilə Moldova və Gürcüstan uzun müddətdir belə bir fürsət gözləyir. Şübhə etmirəm ki, yaxın zamanlarda Gürcüstan da ABŞ-dan aldığı dəstək ilə Abxaziya və Cənubi Osetiyanı geri almaq üçün aktivləşə bilər”.

reklam