Yetkinlik yaşına çatmayana siqaret satan şəxs cərimələndi
Gənclər və idman naziri kim olacaq? - Adlar, ehtimallar...
İlham Əliyev Gürcüstan baş nazirini qəbul etdi
Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA
Rəşad Məcid bəzi jurnalistləri qınadı
12.04.2021 16:57
Bölmə:Ədəbiyyat 92 dəfə oxunub

"Bu özünü “yeni media”, “peşəkar jurnalist” adlandıran bəzi sayt əməkdaşlarına bir inşa, lap elə, bir imla yazdıran lazımdır ki, görək hələ cümlənin baş-ayağından, dilin qayda-qanunlarından düz-əməlli xəbərləri varmı? Hər fürsətdə özünü gözə soxan, hər yerdə başa keçməyə çalışan bu yeni özündənrazıların bir çoxu keçmiş reket qəzetlərdən “yeni mediaya” transfer olunublar".

Versiya.az xəbər verir ki, bunu "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid özünün sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, işğaldan azad olunmuş bölgələrə canfəşanlıqla səfər edən belə “jurnalistlərin” bu barədə hansısa normal bir yazısını, təəssüratını kimsə xatırlamır:

"Hələ bir durub da redaktorlara rişxənd edirlər. Halbuki təkcə Ağdam səfərindən media rəhbərləri nə qədər səviyyəli yazılar yazdı. Belə yazılardan birini də iddiası yerə-göyə sığmayan o “jurnalistlər” yazıb ortaya çıxaraydılar də. Yoxsa boşuna hay-küy salmaqla, stəkanda firtına yaratmaqla, İP yğımaq xatirinə eşitdiyin hər xəbəri dürüstlüyünü dəqiqləşdirmədən, ala-çiy, başayaq cümlələrlə qoparaq sayta yerləşdirməklə deyil ki. Ara qarışıb, məzhəb itəndə, xaos yarananda həqiqi dəyərlər də yoxa çıxır. Amma gedişatını nə qədər ləngitməyə, yolunu dəyişməyə çalışssalar da, Zaman elə Zamandır: yağı yağ, ayranı ayran edən hökmünu bir gün mütləq verir".

Rəşad Məcid saytları qınadı:  Bunlara bir imla yazdıran lazımdır ki...
reklam