Yetkinlik yaşına çatmayana siqaret satan şəxs cərimələndi
Gənclər və idman naziri kim olacaq? - Adlar, ehtimallar...
İlham Əliyev Gürcüstan baş nazirini qəbul etdi
Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA
Türk Şurası beynəlxalq quruma çevrilir - Ərdoğan elan etdi
14.04.2021 10:48
Bölmə:Siyasət 70 dəfə oxunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Türk Şurası barədə səsləndirdiyi açıqlamalar politoloqların diqqətini çəkib.

Versiya.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Türkiyə liderinin açıqlamasını bu cür qruplaşdırıb.

Ərdoğan dedi ki:

1. Sıraları genişlənən Türk Şurasını beynəlxalq təşkilat halına gətirmək vaxtı gəlib çatıb;

2. Türk Şurasının nəzdindəki bir çox strukturlarla görülən işlər daha güclü bir strukturlaşmaya ehtiyac olduğunu ortaya qoyur;

3. Bu ilin noyabr ayında Türkiyənin ev sahibliyi ilə keçirilən Türk Şurasının 8-ci fövqəladə iclasında İstanbulda prestijli bir tarixi bina Şuranın və gələcəkdə qurulacaq təşkilatın idarə edilməsi üçün hazırlanıb.

“Beləliklə, Ərdoğan Türk Şurasının funksiyasını artırmaq istəyir. Azərbaycan da bunu istəyir. Ən əsası keçmiş illərdən fərqli olaraq, Qazaxıstan və Özbəkistan da Türk Şurasının güclənməsinə tərəfdardır.

Digər tərəfdən, Mərkəzi Asiya ölkələri görürlər ki, təşkilata Macarıstan və Cənubi Koreya kimi ölkələrin marağı olduğu halda inteqrasiya prosesindən kənarda qalmaq olmaz. Rusiyanın hakim olduğu Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındansa, Qazaxıstan və Özbəkistan üçün Türk Şurası daha faydalıdır”, - politoloq qeyd edib.

 

 

 

reklam