Yetkinlik yaşına çatmayana siqaret satan şəxs cərimələndi
Gənclər və idman naziri kim olacaq? - Adlar, ehtimallar...
İlham Əliyev Gürcüstan baş nazirini qəbul etdi
Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA
XİN-in strukturunda dəyişiklik edildi
29.04.2021 12:28
Bölmə:Xəbər 84 dəfə oxunub

Xarici İşlər Nazirliyinin (XİN) strukturunda dəyişiklik edilib.

Versiya.az-ın məlumatına görə, bunun nəticəsində nazir müavini Fariz Rzayevin səlahiyyətləri artırılıb.

Belə ki, o, bundan sonra XİN-in İkinci Avropa İdarəsi, Amerika İdarəsi, Asiya İdarəsi, Yaxın Şərq və Afrika İdarəsi, Nazirliyin İnspeksiyası, YUNESKO üzrə Milli Komissiyanın Daimi Katibliyi, Ümumi Katiblik, Xüsusi Şöbə və İşlər İdarəsinin fəaliyyətinə nəzarəti həyata keçirəcək. Bundan əvvəl həmin strukturlara nəzarəti XİN başçısının sabiq müavini Ramiz Həsənov yerinə yetirib.

Bununla yanaşı, əvvəllər xarici işlər nazirinin kurasiyasında olan Dövlət Protokolu İdarəsi də F.Rzayevin nəzarətinə verilib.

Daha əvvəl onun kurasiyasında nazirliyin Konsulluq İdarəsi, Linqvistika Təminat İdarəsi, Arxiv İdarəsi və Xüsusi Rabitə Təminatı İdarəsi olub. Beləliklə, XİN-də F.Rzayevin nəzarətində olan strukturların sayı 4-dən 14-ə çatıb. (Report)

Qeyd edək ki, 44 yaşlı F.Rzayev 2020-ci ilin sentyabrından xarici işlər nazirinin müavinidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin aprelin 19-da imzaladığı sərəncamla Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. O, Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

reklam