"Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar"- Elxan Şahinoğlu
Koronavirusa yoluxanların sayı açıqlandı - ölüm faktı qeydə alınmayıb
Sabah İranda prezident seçkiləridir: - Azərbaycan türkləri kimə “hə” deyəcək?
Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək- ŞƏRH
“Sünik ərazisi Azərbaycana təhvil verilib”- Erməni politoloq
05.05.2021 12:17
Bölmə:Siyasət 98 dəfə oxunub

“Səlahiyyətlilər guya Ermənistanın Sünik bölgəsinin heç bir ərazisini təhvil vermədikləri barədə xalqa yalan danışmaqdan çəkinmirlər”.

Versiya.az xəbər verir ki, bu barədə politoloq Edqar Elbakyan öz “Facebook” səhifəsində yazıb.

O iddia edib ki, həmin ərazilər hazırda Azərbaycanın nəzarətindədir. “Keçmiş SSRİ Baş Qərargahının xəritələrindən və ona əsaslanan “Google” xəritələrindən göründüyü kimi, Ermənistanın Sünik bölgəsinin Kaşatağ rayonu ilə kəsişmədə yerləşən Qara göl, demək olar ki, tamamilə Sünik ərazisindədir. Buna görə də, “GPS” prinsipinə uyğun olaraq həyata keçirilən qanunsuz “demarkasiya” nəticəsində düşmən tərəfindən işğal edilməməli idi. Azərbaycanlıların aprelin 30-da yayımladığı videodan aydın olur ki, onlar Sünik bölgəsinə nüfuz edərək əraziləri tamamilə "işğal" ediblər. Azərbaycan maksimum genişləndirmə siyasətini rəhbər tutur və Ermənistanın kapitulyasiya edən hakimiyyət orqanları “hər şeydən əl çək və baş ağrısından qurtar” qorxaq prinsipini rəhbər tuturlar”.

 

Edqar Elbakyan sonda yazıb: “Kütləvi informasiya vasitələrini düşmənin videoda göstərilən yerdə necə göründüyü barədə müvafiq qurumlara yazılı sorğu göndərməyə çağırıram”. (Yenisabah)

Erməni politoloqdan şok açıqlama:  “Sünik ərazisi Azərbaycana təhvil verilib”
reklam