"Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar"- Elxan Şahinoğlu
Koronavirusa yoluxanların sayı açıqlandı - ölüm faktı qeydə alınmayıb
Sabah İranda prezident seçkiləridir: - Azərbaycan türkləri kimə “hə” deyəcək?
Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək- ŞƏRH
Türkiyədən yeni minatəmizləyən avadanlıqlar gətirildi - Video
05.05.2021 12:44
Bölmə:Xəbər 157 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunan ərazilərdə minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində aparılan işlər davam etdirilir.

Müdafiə Nazirliyindən Versiya.az-a verilən məlumata görə, həyata keçirilən fəaliyyətlər çərçivəsində Türkiyə Respublikasından alınan ən müasir mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Azərbaycana gətirilib.

Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan mühəndis-istehkam bölmələrinin sərəncamına veriləcək texnika və avadanlıqlardan yolların, yaşayış məntəqələrinin, əkin üçün yararlı sahələrin və digər yerlərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində istifadə ediləcək.

 

 

Yeni mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Türkiyədən Azərbaycana gətirilib (FOTO/VİDEO) - Gallery Image Yeni mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Türkiyədən Azərbaycana gətirilib (FOTO/VİDEO) - Gallery Image Yeni mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Türkiyədən Azərbaycana gətirilib (FOTO/VİDEO) - Gallery Image

reklam