"Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar"- Elxan Şahinoğlu
Koronavirusa yoluxanların sayı açıqlandı - ölüm faktı qeydə alınmayıb
Sabah İranda prezident seçkiləridir: - Azərbaycan türkləri kimə “hə” deyəcək?
Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək- ŞƏRH
"Babam danışır ki, Sibirdə Hüseyn Cavidlə eyni kamerada qalırdıq..."
03.06.2021 10:52
Bölmə:Tarix 64 dəfə oxunub
style="text-align: justify;">"Mənim babam çox çətin bir dövrdə 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində dünyaya gəlib. Atam İsa Hacınskinin qohumu idi, təhsili də ona İsa bəy vermişdi. Həyatı çox çətin keçib, onun evini əlindən alıb, Arxangelskə, Sibirə sürgün etmişdilər. Atam Sibirə sürgün olunanda onu xobbisi xilas etdi. Xobbisi də fotoqrafiya idi, fotoaparat o zamanlar yeni çıxmışdı. Atam dərindən bu sənətlə maraqlanırdı. Sibirdə sürgündə olanda ordakı əsgərlərin şəkillərini çəkirdi, çox köməyi dəyib ona fotoqrafiyanın. Evimiz hər zaman qonaq-qaralı idi, amma babamı Sibirə sürgünə göndərəndə heç kim qapımızı açmadı”
 
Versiya.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycanın ilk fotoqrafı Əzizbala Hacıyevin nəvəsi Adilə Əfəndi deyib. O daha sonra əlavə edib.
“Özü üçün Bayılda balaca bir foto atelye qurmuşdu. O həmin atelyedən pul qazanmırdı, sadəcə olaraq həvəs idi, bizim, anamın, dayılarımın şəkillərini çəkirdi. Yadımdadır, babamın foto atelyesində arxa fonda çox gözəl bir dekor var idi. Mənzərə idi, yoxsa ki, bilmirəm  yağlı boyadan bir dekor hazırlanmışdı. Bir neçə dənə də mebel var idi. İnsanlar gəlib həmin dekorun qarşısında dayanırdılar. O illərdə bilirsiniz ki, insanlar fotokamera qarşısında uzun müddət hərəkətsiz dayanırdılar. Babamı çox yaxşı xatırlayıram, o uzun ömür yaşadı, dünyasını dəyişəndə 90 yaşı atlamışdı. Yadımdadır, ailəvi istirahətə gedəndə dayanıb qarşısındakı mənzərəyə, bizə diqqətlə baxırdı. Çox uzun barmaqları var idi. Köhnə fotoaparatlarını bizə göstərirdi, amma yaşlı olduğu üçün artıq fotoqraf çəkmirdi. Anam Bəyimxanım Hacınski də musiqi sənəti ilə məşğul olmaq istəyib, hətta Üzeyir Hacıbəyli ondan imtahan da götürüb, qarışıq dövr olduğu üçün onun bu arzusu həyata keçməyib" deyə fotoqrafın nəvəsi deyib.
 
Əzizbala Hacıyevin digər bir nəvəsi Fövziyə Əfəndi də babası haqda xatirələrini bizimlə bölüşüb.
"Ulu nənəm Səkinə xanım o vaxt ana olmağa hazırlaşanda Təbrizə gedib və babam Əzizbala da Təbrizdə anadan olub. Şəxsiyyət vəsiqəsində doğum yeri Təbriz yazıldığından ona xalq düşməni damğası vurmuşdular. Anam danışırdı ki, babamı, yəni onun atasını sürgünə göndərəndə evə bir rus və bir erməni gəlmişdi. Onlar evə girəndə görüblər ki, bir qadın dörd uşaqladır. Rus abır həya etsə də erməni çox abırsızlıq edib. Atama da xalq düşməni adını ona görə vermişdilər ki, sənin Təbrizlilərlə münasibətin var, orada doğulmusan. Babam Əzizbala Hüseyn Cavidlə çox yaxın dost olub. Hətta o danışır ki, Sibirdə eyni kamerada Hüseyn Cavidlə birgə idim. Hüseyn Cavid məndən kağız istədi, dedim ki, məndə yoxdur. Ağlına şeir gəlmişdi, götürüb yatdığı balışın üstünə yazdı. Anası Səkinə xanım onun daha sonra xahişlə, pulla həbsini azaltmışdı. Babam danışırdı ki, Sibirdə hamıya işgəncə verirdilər, əyin-başlarında olan bahalı geyimləri soyundururdular. 3 dəfə mənə yaxınlaşsalar da soyundurmadılar. Daha sonra biri yaxınlaşıb ona deyib ki, mən sizi tanıyıram, siz mənim Bayıldakı foto atelyenizdə şəkillərimi çəkmisiz. Daha sonra ona fotoaparat verirlər, orda şəkillər çəkir. Babamı görəndə 10 yaşım var idi, Arxangelskdən gələndən sonra onu Bakıda yaşamağa qoymurdular. Məni rəssam kimi yetişdirdilər, ixtisasca rəssamam.
Babam çox sakit adam idi, bütün nəsilləri sakit, düzgün insanlar olub. Təsəvvür edin, kimsə səfərə gedəndə onun yanına pul qoyub gedirdi, qayıdanda gəlib hamısını götürürdülər. İsa Hacınski babamı öz oğlanlarından ayırmır, ona təhsil verir, öz oğlu kimi baxır. Babam danışırdı ki, gündə fayton gəlirdi Dağlı məhəlləsi küçəsinə, məni otuzdurub aparırdılar Hacınskinin evinə. Babam deyirdi ki, səhər yeməyinə bir fincan kofe, iki nazik doğranmış çörək və çörəyin üstündə ya qara ikra olurdu, ya pendir, ya da ki, bal. Onlar uşaqlara belə səhər yeməyi verirdilər ki, zehni yaxşı inkişaf etsin. Gülərək xatırlayırdı ki, mən bu yeməklə doymurdum, ac qalırdım. Atam Bayıldakı fotostudiyanı da İsa Hacınskinin oğullarının köməyi ilə açmışdı. O vaxt fotoaparatı Almaniyadan gətizdirmişdilər. Baxmayaraq ki, babamın həyatı çətin olub, amma o işinin peşəkarı, fotoqrafiya sənətinin banilərindən biri olub. Çox fəxr edirəm ki, adını tarixə yazdıran Əzizbala Hacıyevin nəvəsiyəm” deyə nəvəsi bildirib.
reklam