"Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar"- Elxan Şahinoğlu
Koronavirusa yoluxanların sayı açıqlandı - ölüm faktı qeydə alınmayıb
Sabah İranda prezident seçkiləridir: - Azərbaycan türkləri kimə “hə” deyəcək?
Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək- ŞƏRH
Azərbaycan quru sərhədlərini açır - Bu tarixdən
07.06.2021 11:36
Bölmə:Xəbər 234 dəfə oxunub

Azərbaycan iyunun 15-dən quru sərhədlərini aça bilər.

Versiya.az
 xəbər verir ki, bu barədə Report-a Dövlət Gömrük Komitəsindəki (DGK) mənbə məlumat verib.


Onun sözlərinə görə, artıq Komitə gömük-keçid məntəqələrinin açılması ilə bağlı qonşu ölkələrin müvafiq qurumları ilə ilkin razılıq əldə edib. Bununla əlaqədar rəhbərlik Ərazi Baş Gömrük İdarələrinə tapşırıqlar verib və gələn həftə məntəqələrinin açılması üçün hazırlıqlara başlanılıb.

"Hazırda sərnişinlərin və yüklərin yoxlanma qaydaları müəyyən olunur. Avtobusla gömrük-buraxılış məntəqəsinə daxil olan sərnişinlərin nəqliyyat vasitəsindən düşüb yoxlanışdan keçməsi qadağan ediləcək. Onlar elə avtonəqliyyat vasitəsində də yoxlanacaq. Amma piyada, fərdi qaydada keçid edən sərnişinlər isə xüsusi nəzarət altında yoxlamadan keçərək məntəqəni tərk edəcək. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyirik və əgər hər hansı dəyişiklik olmasa, sərhədlər iyunun 15-də açılacaq", - deyə mənbə qeyd edib.

reklam