"Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar"- Elxan Şahinoğlu
Koronavirusa yoluxanların sayı açıqlandı - ölüm faktı qeydə alınmayıb
Sabah İranda prezident seçkiləridir: - Azərbaycan türkləri kimə “hə” deyəcək?
Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək- ŞƏRH
Simptomsuz xəstə vaksin vurduranda ölür? - Adil Qeybulla
10.06.2021 10:07
Bölmə:Gündəm 134 dəfə oxunub

Koronavirusu keçirən də, keçirməyən də vaksin oluna bilər. Heç bir mənfi əlamət ola bilməz.

Versiya.az bu sözləri Axar.az-a açıqlamasında professor Adil Qeybulla koronavirusa yoluxmuş şəxsin vaksin olunduğu təqdirdə ölməsi barədə yayılan məlumatlara cavabında deyib.

Professor hesab edir ki, əgər insan koronavirusa yoluxduğunu bilmədiyi halda vaksin olunarsa, onun əks təsiri ola bilməz:

“Vaksin olunma anı xəstəliyi simptomsuz keçirmə halına təsadüf edərsə, hər hansı mənfi əlamət baş verməyəcək. Vaksinasiya olunmaq immunitetə əlavə güc verməkdir. Aktiv fazada vaksin vurdurmaq əslində vaksinasiya hesab olunmur. Vaksin vurduran zaman əgər belə bir hal mövcuddursa, yenə də əks təsiri müşahidə olunmayacaq”.

reklam