"Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar"- Elxan Şahinoğlu
Koronavirusa yoluxanların sayı açıqlandı - ölüm faktı qeydə alınmayıb
Sabah İranda prezident seçkiləridir: - Azərbaycan türkləri kimə “hə” deyəcək?
Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək- ŞƏRH
Nazirlik bu ölkəyə gedənlərə xəbərdarlıq etdi
10.06.2021 11:59
Bölmə:Xəbər 64 dəfə oxunub

Səhiyyə Nazirliyi Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, həmin ölkəyə səfər edənlər ehtiyatlı olmalıdır.

Məlumatda qeyd olunub ki, Azərbaycanın Küveytdəki səfirliyindən daxil olmuş məlumata əsasən, Küveyt Hökumətinin mayın 2-də tətbiq etdiyi qaydalara əsasən, həkim resepti olmadan “Lyrica” və “Neurontin” dərman vasitələrindən istifadə edənlər 5 ilə qədər azadlıqdan məhrum olunacaq:

"Həmin dərman vasitələrin qeyri-qanuni satışı ilə məşğul olanların isə 10 il müddətində həbs olunacağı ilə bağlı xəbərdarlıq edilib".

reklam