"Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar"- Elxan Şahinoğlu
Koronavirusa yoluxanların sayı açıqlandı - ölüm faktı qeydə alınmayıb
Sabah İranda prezident seçkiləridir: - Azərbaycan türkləri kimə “hə” deyəcək?
Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək- ŞƏRH
Millət vəkili Kürdə boğulan qızı xilas edən gəncə telefon bağışladı- Foto
10.06.2021 16:41
Bölmə:Xəbər 49 dəfə oxunub

Milli Məclisin deputatı Aydın Mirzəzadə özünü Kür çayına atan yeniyetməni xilas edən gəncə mobil telefon bağışlayıb.

Versiya.az xəbər verir ki, millət vəkili bu haqda sosial şəbəkə hesabında məlumat verib:

“Bir neçə gün əvvəl Mingəçevirdə özünü Kür çayına atan 14 yaşlı qızı xilas edən cavan oğlan haqqında yazmışdım.O qızı sudan çıxararkən mobil telefonunu suda itirmişdi. Mən ona yeni telefon alıb bağışlayacağıma söz vermişdim. Bu gün Mingəçevirdə olarkən onunla görüşdüm, hədiyyəmi ona təqdim etdim”.

O, yeniyetməni xilas edən gəngin Vətən müharibəsi iştirakçısı olduğunu qeyd edib. Belə ki, Elgün Əlicanov Suqovuşan istiqamətində vuruşub.

Deputat Kürdə boğulan qızı xilas edən gəncə telefon bağışladı  - Foto
 
reklam