Tanınmış tərcüməçi Sevil Gültəndən Aydın Quliyevə ağır sözlər
Gənc yazarın kitabı təqdim edildi
İran bu gün də Xankəndiyə silah yollayır - Laçın koridorunda yaranan tıxac
Kəlbəcərdə snayperlə vurulan hərbçimizin atası da şəhid imiş...
Ermənistan Qarabağ razılaşmasını pozsa, nələr olacaq... - MÜMKÜN SSENARİ
14.06.2021 16:59
Bölmə:Xəbər 127 dəfə oxunub

“İşıqlı Ermənistan” partiyasının sədri, deputat Edmon Marukyan 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında əldə olunmuş razılaşma barədə danışıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Marukyan razılaşmanın şərtlərin yenidən baxılmalı olan siyasi partiya liderlərini sərt tənqid edib.

“Ermənistanda heç bir siyasi qüvvə 10 noyabr razılaşmasını ləğv edəcəyini demir. Düşünürəm ki, bu, hər kəsin sənədin ləğvinin yeni müharibə demək olduğunu anlaması ilə bağlıdır. Seçkidən sonra hakimiyyətə gəlib rəqibi ərazilərdən uzaqlaşdıracağını, yaxud müharibə edəcəyini deyənlər isə ya avantürist ya da yalançıdır”- deyə deputat söyləyib.

reklam