Ərdoğan-Əliyev görüşü: - Türkiyə “qırmızı xətt”i və əsas şərti elan etdi
Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı - 2 300 yeni yoluxma
Uşaqlara niyə “Pfizer” vurulmalıdır?- Səbəb
“İrana gedirsizsə, “COVID pasportu“ olmalıdır“- Səfirlik
Türkiyə qrupdan necə çıxa bilər?
17.06.2021 12:33
Bölmə:İdman 283 dəfə oxunub

Avro-2020-nin qrup mərhələsinə uğursuz başlayan Türkiyə İtaliya və Uelsə məğlub oldu.

Versiya.az xəbər verir ki, AÇ-nin seçmə mərhələsində uğurlu oyunu ilə könül oxşayan komanda final mərhələsinə çox uğursuz başladı. 

İtaliya qarşısında aciz görünən “ay ulduzlular” Uelslə matçda da heç nə ilə yadda qalmadı. Futbolçuları Avropanın bir çox çempionatlarında çıxış edən yığmadan çox şey gözlənilsə də, əksi baş verdi. İki oyuna qapısında 5 qol görən Şenol Günəşin komandası qrupdan çıxmaq şansını möcüzələrə saxlayıb. 

Bildiyimiz kimi, UEFA ilk dəfə Avropa çempionatını 24 komanda ilə təşkil edir və burada 4 ən yaxşı qrup üçüncüsü də 1/8 finala adlayacaq. İsveçrə ilk matçda Uelslə 1:1-lik heç-heçə etsə də, İtaliyaya 0:3 hesabı ilə uduzdu. Bununla da Türkiyə isveçrəliləri məğlub etməklə 3-cü pilləyə sahib çıxa bilər. 

 

Hazırki durumda Türkiyə qrup sonuncusudur. 3-cü pilləyə yüksəlmək üçün isə mütləq şəkildə son turda İsveçrə üzərində qələbə qazanılmalıdır. 

Qardaş ölkə yığması qrupdan necə çıxa bilər?

Öncə xallar bərabər olduğu zaman sıralama necə müəyyən ediləcək ona baxaq…

1. Komandalar arasındakı qol fərqinə baxılacaq. 

2. Komandalar arasında vurulan qolların sayına baxılacaq.

3. Qrupdakı qol sayına baxılacaq. 

4. Qrupda ümumi vurulan qol sayına baxılacaq. 

5. Fair-play xallarına baxılacaq. 

6. Seçmələrdə ümumi sıralamaya baxılacaq. 

Ən yaxşı 4 3-lük necə müəyyən ediləcək?

1. Ən çox xal toplayan komandalar seçiləcək. 

2. Əgər xal sayına bərabərlik olarsa, komandaların qrupdakı qol fərqinə baxılacaq. Kim daha çox qol vurub, az qol buraxıbsa, o, 1/8 finala adlaya bilər.

3. Komandaların vurduğu qol sayına baxılacaq. 

4. Fair-play xallarına baxılacaq. 

5. Seçmələr vaxtı ümumi sıralamaya baxılacaq. Bütün bunlar nəzərə alındıqdan sonra ən yaxşı qrup 3-cüsü növbəti mərhələyə adlayacaq. 

Türkiyənin qrupdan çıxmaq şansları nə qədərdir?

Əvvəlcə bunun üçün Türkiyə İsveçrəni məğlub edib, digər komandaların nəticələrinə də ümid bəsləyəcək. 

Türkiyə 2016 Avropa çempionatında da belə duruma düşmüşdü. Xorvatiyaya 0:1 və İspaniyaya 0:3 hesabları ilə uduzan komanda Çexiyanı 2:0 hesabı ilə məğlubiyyətə uğratmışdı. Ən yaxşı 3-cü yer kimi qrupdan çıxmaq şansı olsa da, Portuqaliya və Şimali İrlandiyadan zəif olan nəticəsinə görə bunu bacarmamışdı. (Qafqazinfo)

reklam