Tanınmış tərcüməçi Sevil Gültəndən Aydın Quliyevə ağır sözlər
Gənc yazarın kitabı təqdim edildi
İran bu gün də Xankəndiyə silah yollayır - Laçın koridorunda yaranan tıxac
Kəlbəcərdə snayperlə vurulan hərbçimizin atası da şəhid imiş...
Paşinyan tərəfdarlarını mitinqə çağırdı
21.06.2021 10:20
Bölmə:Dünya 103 dəfə oxunub

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan öz tərəfdarlarını iyunun 21-i Yerevanın Respublika Meydanında mitinq keçirməyə çağırıb.

Versiya.az-ın məlumatına görə, N.Paşinyan bildirib ki, xalq onun partiyasına "polad mandat" verib. Qeyd edək ki, N.Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası növbədənkənar palament seçkilərində 53,92% (687 251 seçici) səs toplayıb.

N.Paşinyan bildirib: "2018-ci ildə "məxməri inqilab" etdik və indi xalq bizə "polad mandat" verdi, bu isə bizim "polad inqilab" etdiyimizi göstərir. Buna görə bütün tərəfdarlarımızı 20:00-da Respublika Meydanında toplaşmağa çağırıram". (Yeni Sabah)

reklam